Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanğınlarla əlaqədar bir neçə şübhəli şəxs müəyyən olunub

“Son günlər baş verən yanğınlarla əlaqədar bir neçə şübhəli şəxs müəyyən olunub, onlarla bağlı sənədlər artıq toplanılıb və hüquq-mühafizə orqanlarına göndərilib”

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

Onun sözlərinə görə, hazırda araşdırmalar həm Ekologiya və Təbii Sərvətlər, həm Fövqəladə Hallar nazirlikləri, həm də polis tərəfindən davam etdirilir: “Son günlər meşə yanğınlarının baş verməsinin əsas səbəbi insan faktorudur. Havaların isti keçməsi ilə əlaqədar insanların meşə sahələrinə axını çoxalıb, eyni zamanda odla ehtiyatsız davranma halları da artıb. Belə faktlar da var ki, şəxs taxıl sahəsini yandırıb və nəticədə yanğın meşə sahəsinə keçib”.

Onun sözlərinə görə, insanların biçənək, örüş, meşə ilə sərhəd ərazilərdə qaladığı ocaq sayəsində meşə yanğınları baş verir.

A. Qaraşov deyib ki, meşə sahələrinə nəzarət etmək üçün Zaqatala, Oğuz, Qəbələ, QaxŞəki rayonlarında 5 müşahidə kamerası quraşdırılıb. İlin sonuna kimi daha 9 yerdə müşahidə kameraları quraşdırılacaq.

Departament direktoru meşə ərazilərində kömür hazırlamaq üçün quyuların mövcudluğu və yanğınların baş verməsinə bu quyuların təsir etməsi ilə bağlı fikirlərə də münasibət bildirib.

A. Qardaşovun sözlərinə görə, meşə fondu daxilində heç yerdə kömür quyuları yoxdur: “Bir neçə yerdə bələdiyyə torpaqlarında və kəndlərdə belə quyular var. Amma meşə torpaqlarında belə quyular yoxdur, bu, birmənalıdır. Oğuz rayonunun Muxas və Calut kəndlərində bələdiyyə fondu torpaqlarında belə quyular vardı, o da kütləvi halda deyildi, artıq bunun da qarşısı alınıb. Meşə yanğınların baş verməsinin əsas səbəbi insanların taxıl, biçənək sahələrini biçindən sonra yandırması, meşə sahələrinə gedəndə odla ehtiyatsız davranmasıdır. Adi bir siqaret kötüyündən baş verən yanğın bir dəqiqədə 100 metri əhatə edir. Çünki hər yerdə ot örtüyü qupqurudur. İnsanlar bu baxımdan təbiətə münasibətlərini dəyişməli, təbiətdə olarkən odla ehtiyatlı olmalıdırlar”.

pia.az


Etiket: Yanğın

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar