Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanğının məhv etdiyi tarix: Notr-Damın bərpasına hansı zənginlər milyonluq ianə verib?

Karla Herreriya

“Huffington Post”, 16.04.2019

 

Fransanın ən zəngin ailələrindən bəziləri yanğın ikonik kilsəyə ziyan vurduqdan sonra Notr-Damın yenidən qurulması üçün yarım milyard dollardan artıq ianə vəd edib. İndiyə qədər “L’Oreal”, “Louis Vuitton”, “Gucci” və digər lüks markaların maqnat sahibləri, həmçinin Fransanın ən böyük şirkətlərindən bir neçəsi 700 milyon dollara yaxın vəsait bağışlayıb.

Yanğın katolik kafedralının bəzisi 12-ci əsrə aid hissələrinə böyük ziyan vurub. Kilənin əsas strukturu və ən qiymətli əsərlərindən çoxu alovdan xilas olsa da, onun tağlarından biri çöküb və damının üçdə ikisi məhv olub.

Fransa prezidenti Emmanuel Makron Notr-Damı izzətləndirmək üçün insanları pul köçürməyə çağırıb. Dünyanın dörd bir yanındakı şirkətlər və milyarderlər bu çağırışı cavablandırıb.

Arno Ailəsi

“Louis Vuitton”, “Marc Jacobs” və “Moet & Chandon”-un sahibi, LVMH sədri olan fransız milyarder Bernar Arnonun ailəsi qədim kilsənin təmir üçün 200 milyon avro və ya təxminən 226 milyon dollar ianə vəd edib.

“Arno ailəsi və LVMH qrupu milli faciənin bu dövründə həmrəylik göstərmək istəyir və Fransanın rəmzi olan ecazkar kafedralın yenidən qurulmasına kömək edir”, – deyə Ailə Çərşənbə axşamı bəyan edib.

Bettenkur Meyers Ailəsi

Fransuaza Bettenkur Meyers ailəsi – “L’Oreal” qurucusunun nəvəsi, Notr Dama 200 milyon avro (226 milyon dollar) hədiyyə edib.

Kosmetik vasitələr və dəriyə qulluq şirkətinin 33%-inə sahib olan Bettenkur Meyers Ailəsi “müxtəlif mədəniyyətlərdən və dinlərdən olan insanları birləşdirən faciəyə” dərindən kədərləndiyini söyləyib.

Ailə pulları “L’Oreal” ilə birgə bağışlayır. Şirkətin əməkdaşları da ianələrini bu məbləğə əlavə edirlər.

Fransuaza Bettenkur Meyers “L’Oreal” şirkətinin idarə heyətinin üzvüdür. “Fortune” jurnalının məlumatına görə, o, dünyanın ən zəngin qadınıdır (varidatı 53,5 milyard dollardır).

Fransua-Anri Pino və ailəsi

Arnonun bəyanatından əvvəl “Kering”-in baş direktoru Fransua-Anri Pino və ailəsi 100 milyon avro (113 milyon dollar) ianə verəcəyini vəd edib. “Kering” – İv Sen Loran, Balensiaqa, Quççi və Aleksander MakKuinə məxsus beynəlxalq lüks qrupudur.

Fransua-Anri Pino bəyanatında qeyd edib: “Bu faciə bütün fransız xalqını və mənəvi dəyərlərə bağlı hər kəsi sarsıdıb. Faciə ilə qarşı-qarşıya qalan hər kəs ən qısa müddətdə mirasımızın bu zinətini həyata qaytarmaq istəyir”.

Pino aktrisa Salma Hayek ilə evlənib. O da “Instagram”-da Notr-Damdakı itkilərə görə başsağlığı diləyib: “Mən də, bir çoxları kimi, Notr-Damın gözəlliyinin dumana çevrilməsindən dərin şok keçirmiş və kədər içindəyəm. Səni sevirəm, Paris”.

Paris şəhəri

Paris Bələdiyyəsinin başçısı Anna İdalqo bildirib ki, Fransa paytaxtı 50 milyon avro (56,4 milyon dollar) ianə verəcək. İdalqo, həmçinin kafedralın bərpasını dəstəkləmək üçün beynəlxalq ianələrin cəlb edilməsi məqsədilə konfrans təşkil etməyi irəli sürüb.

Total S.A.

“Bloomberg” xəbər verir ki, Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Poyann kafedralın bərpası üçün xüsusi qeyri-kommersiya fondu Patrominaya 100 milyon avro (113 milyon dollar) ianə etməyə söz verib.

“Forbes” jurnalının məlumatına görə, “Total S.A.” 2018-ci ildə dünyanın dördüncü böyük neft və qaz şirkəti olub.

Martin və Olivye Buiq

Parisdə yerləşən “Bouygues Group” şirkətinin icraçı direktoru və baş direktor müavini Martin və Olivye Buiq qardaşları “Tweeter”-də kafedralın bərpası üçün öz şəxsi vəsaitlərindən 10 milyon avro (11,3 milyon dollar) ianə verəcəklərini açıqlayıblar.

4,2 milyard dollar sərvəti olan Buiq qardaşları Notr-Damı “Fransa və dünya isinin incisi” adlandırıblar.

AXA

Fransanın “AXA” sığorta şirkəti də 10 milyon avro (11,3 milyon dollar) vəd edib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Bazar ertəsi günü yanğın başlamazdan əvvəl kilsədə bərpa layihəsi üzərində işləyən iki firma, eləcə də bəzi dini sənət əşyaları “AXA”-da sığortalanıb.

“BNP Paribas”

Fransanın əsas beynəlxalq bankı olan “BNP Paribas” 20 milyon avro (təxminən 22,6 milyon dollar) ianə verəcəyini açıqlayıb.

“Apple” şirkətinin baş icraçı direktoru Tim Kuk

Bir “tweet”-ində “Apple”-ın icraçı direktoru Tim Kuk şirkətin Notr Damdakı yanğından “yasa batdığını” bildirib. Çərşənbə axşamı Kuk “Apple”-ın qatqı təmin edəcəyini, lakin məbləği açıqlamayacağını qeyd edib.

Texnoloji nəhəngin mənfəəti 2018-ci ildə 1 trilyon dollara yüksəlib.

ABŞ-dakı Notr Dam Universiteti

Saund Bend şəhərindəki (İndiana əyaləti) Notr Dam Universiteti (Roma-katolik təşkilatı) yenidənqurma üçün 100 min dollar söz verib.

Universitetin rəhbəri Con Cenkins Çərşənbə axşamı şərhində deyib: “Parisdə Notr-Dam kafedral kilsəsinin dağılmasına görə çox kədərlənirik. Onun qotik arxitekturası əsrlər boyu qəlbləri və ağılları Tanrıya birləşdirirdi”. (Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar