Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yalançı vədlərlə prezidentliyə davam etmək olar? - Sabiq AKP müşaviri danışır...

Sabiq AKP müşaviri: “Dünyada belə bir sistem modeli yoxdur. Buna prezident idarəetmə sistemi desək, dünyadakı digər örnəkləri təhqir etmiş olarıq. Heç bir prezidentlik sistemində yaxın qohumlar nazir ola bilmir.”

“The Independent”, Türkiyə, 30 iyul 2019-cu il

Sabiq AKP müşaviri Selçuk Özdağ prezident Ərdoğanın yeni partiya quranlar barədə dediyi: “Xəyanət edənlər bunun bədəlini ağır şəkildə ödəyəcək”, sözlərini tənqid edib.

Sabiq AKP müşaviri və sabiq Manisa millət vəkili Selçuk Özdağ “Cumhuriyet” qəzetindən Əmine Qaplanın suallarını cavablandırıb.

Özdağ yeni sistemi təndiq edib və AKP-nin əsas prinsiplərindən uzaqlaşdığını bildirib. Yeni partiya qurmaq cəhdləri və prezident Ərdoğanın bununla bağlı olan tənqidləri barədə danışıb.

Özdağ yeni idarəçilik sistemini belə qiymətləndirir:

“Əgər 24 iyundan sonra problemlərimiz azalıbsa, vədlər də yerinə yetirilibsə, deməli vəziyyət yaxşıdır, amma əgər problemlərimiz daha da dərinləşibsə, deməli səhv gedən bir şeylər var. Nə vədlər verilmişdi? “Terror bitəcək”di, bitdi? “Məclis güclənəcək”di, güclənib? “Bürokratik qəyyumluq bitəcək”di, bitdi? Xeyr, bitmədi, daha betər oldu. Guya “iqtisadiyyat mükəmməl olacaq”dı, amma nə vəd etsək, tərsi oldu. Məclislər, nazirliklər artıq simvolik hala gəlib.

“AKP qurularkan yoxsulluqla, qanunsuzluqla mübarizə, azadlıq və demokratiya vəd edilmişdi. Partiya ilk başda azadlıqçı demokratiya yolunu tutmuşdu. İqtisadiyyatda qismən uğurlar da qazanıb”, deyən Özdağ davam edir:

“Lakin zamanla özünü dövlət hesab edərək azadlıqçı demokrat mövqeyini itirdi. İqtisadi sıxıntılar ortaya çıxdıqda isə bütün gücünü iqtidarını itirməmək üçün sərf etdi. Sülhyönümlü tərzi də dəyişdi. Cəmiyyətin xəyallarına deyil, qorxularına xitab etməyə başladı. Yəni özünü sevdirərək, razı salaraq səs almaq əvəzinə, qorxudaraq səs qazanmağa başladı. Bir sözlə, bu prosesdə ortaq düşüncədən uzaqlaşaraq bir nəfərin hər şey, hər kəsin isə bir heç olduğu sistemə keçilib. Nəticəsi də ortadadır. Artıq cəmiyyətin gələcəyini qura bilmirik, keçmişdən danışaraq gələcəyi xilas etməyə çalışırıq. Çünki vədlərimiz qalmayıb, inandırıcılığımızı da itirmişik. Qurumların içi boşadılıb, ədliyyə sistemi siyasiləşdirilib və dövlətin birliyini, millətin bütünlüyünü təmsil edən prezidentlik vəzifəsi təkcə AKP-liləri təmsil etməyə başlayıb. Dünyada belə bir sistem modeli yoxdur. Buna prezident idarəetmə sistemi desək, dünyadakı digər örnəkləri təhqir etmiş olarıq. Heç bir prezidentlik sistemində yaxın qohumlar nazir ola bilmir. Məsələn ABŞ-da belə bir şey varmı? Tarixi təcrübələrimiz baxımından bu sistem bizə uyğun deyil. Osmanlıda da, Səlcuqlarda da sultanın, padşahın yanında mütləq bir vəziri, yəni baş naziri olub. Bu sistem yanlış idi, bir ehtiyacdan da yaranmamışdı. Tamamilə fərdi bir sistem idi və mütləq dəyişdirilməli idi”.

Özdağ xarici siyasəti də tənqid edib:

“Millət bölən və qütbləşdirən, təhdid dolu siyasətdən artıq bezib. Eyni binada yaşayan, eyni məsciddə namaz qılan, eyni kafedə çay içən insanlar artıq bir-birinə düşmən olmağa başlayıb. Biz onları barışdıracağıq, bizə səs verənlər kimi, səs verməyənlərə də hörmətlə yanaşacağıq. Hər kəsin öz haqqını, hüququnu öz hüquqlarımız kimi qoruyacağıq", deyən Özdağ əlavə edib: “Bizə də anketlər gəlir. Bu gün AKP-yə səs verənlərin yarısı bədbəxt haldadır, bu, o deməkdir ki, seçicilərin yarısı istəksizcə səs verib. Türkiyənin enerjisi və imkanları yanlış siyasətlər üçün hədər edilib. Bu gün tarix davası elədik, bir gün Lozanna, başqa bir gün də də Atatürk”.

Sabiq Baş nazir Əhməd Davudoğlu barədəki düşüncələrini də bildirən Özdağ AKP-nin ən yüksək səs faizini Davudoğlu dönəmində əldə etdiyini vurğulayıb:

Əhməd Davudoğlu siyasət apardığı illərdə həmişə dövlətə, millətə və prinsiplərinə bağlı olub. Çirkli işlərə qarışmayıb. Siyasətə necə daxil olubsa, elə təmiz şəkildə də çıxıb. AKP ən yüksək səs faizini onun dönəmində əldə edib. Lakin Davudoğlu çox qeyri-etik şəkildə Baş nazirlikdən uzaqlaşdırılıb. Haqsızlığa məruz qalıb, partiyaya zərər gəlməsin deyə illərlə heç nə deməyib, buna baxmayaraq ou trolların önünə atdılar. AKP-də bir nəfərdən başqa hörmət edilən hər kəs təhdiddir və təhlükəlidir. Kim olur olsun, hər zaman haqsızlığa məruz qalanın tərəfindəyəm. Təkcə bu səbəbdən cənab Davudoğlunun tərəfində deyiləm. Mən türk milliyyətçisiyəm, bəzi məsələlərdə həssaslığım var. Xüsusilə də, ölkənin birlik və bütünlüyü məsələsinə cənab Davudoğlunun necə bağlı olduğunu görürəm. Cənab Davudoğlu da olduqca azadlıqçı, bütünləşdirici ruhdadır. Artıq davakar siyasətə son qoymaq lazımdır. Biz qollarımızı bütün Türkiyəni qucaqlamaq üçün açacağıq. Hər siyasətə və şiddətdən uzaq olan hər fikrə azadlıq deyirik. ABŞ ilə Rusiya arasında səndələyən bir Türkiyə deyil, öz mövqeyini müəyyənləşdirən, milli dəyərlərlə qlobal dəyərləri birləşdirən, öz prinsipləri ilə modernləşən bir Türkiyə istəyirik”.

Özdağ prezident Rəcəb Teyyub Ərdoğanın yeni partiya qurmaq cəhdləri ilə bağlı dediyi: “Xəyanət edənlər bunun bədəlini ağır şəkildə ödəyəcək”, sözləri ilə bağlı fikrini də şərh edib:

“Biz təhdidlə, risklərlə dolu bir həyatın içindən gəlirik. Yəni təhdid bizi qorxutmaz, əksinə daha da cəsarətləndirər. Heç kim partiya qurur deyə xain ola bilməz. İmanda təklik, siyasətdə, fikir və düşüncədə isə müxtəliflik önəmlidir. AKP dini bir qurum və ya birbaşa din deyil ki, ondan ayrılan xain olsun. Hətta, yer üzündə İslamı təmsil edən bir şəxs və ya qurum da yoxdur. Bu gün tətbiq olunan siyasətlərin yanlışlığı ortaya çıxdığına görə, mütləq ki, fərqli üsullar yoxlamaq artıq vacib hal olub. Vəfasızlıq etmək istəmirəm, yoxsa bu xain sözünə vermək istədiyim çox cavab var”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar