Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ya bizi Rusiyaya birləşdir, ya dövlət kimi tanı...”

Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası”nın rəhbərliyi regionda gərginləşməkdə olan vəziyyət və mümkün irimiqyaslı hərbi əməliyyatlar fonunda Rusiya prezidenti Vladimir Putinə üç variantda məktub hazırlayıb.

Bu məktubların surəti Ukrayna xüsusi xidmət orqanlarının əlinə keçib. Məlumatı “Zerkalo nedeli” nəşri yayıb.

Hər üç variantda qondarma “respublika”nın rəhbəri Denis Puşilin Vladimir Putinə “Donbass sakinlərinin taleyinə biganə qalmadığı və göstərdiyi misilsiz dəstəyə görə” minnətdarlıq ifadə edir. Bildirir ki, məhz Putinin sayəsində regionun əhalisi Ukrayna hakimiyyətinin 2014-cü ildən bəri davam edən təzyiqləri qarşısında duruş gətirməyə imkan verib. Məktubda habelə Minsk danışıqlar prosesində Rusiyanın vasitəçilik səyləri yüksək qiymətləndirilir.

Habelə hər üç variantda bildirilir ki, Minsk razılaşmaları və mövcud razılaşmalar heç vaxt Ukrayna tərəfinə “atəşkəsi pozmaqda mane olmayıb” və Kiyev ABŞ-dan, digər Qərb tərəfdaşlarından dəstək alaraq münaqişənin güc yoluyla həllinə qərar verib.

Məktubların qalan hissəsində isə mətnlər fərqlənir. Birinci variantda Puşilin “Ukraynanın genişmiqyaslı hərbi əməliyyatlarının və təcavüzünün qarşısını almaq, dinc əhali arasında tələfata və dağıntılara imkan verməmək üçün” Putindən hərbi kömək xahiş edir.

İkinci variantda separatçı rejimin rəhbəri Putindən “Donetsk xalq respublikasını” Rusiya Federasiyasının tərkibinə daxil etməyi xahiş edir. “Bütün bizim sakinlər böyük Rusiya dövlətinin tərkib hissəsi olmağı arzu edir. Bunun şahidi 2014-cü il mayın 11-də keçirilmiş referendum, habelə Rusiya vətəndaşlığını almaq üçün yaranan uzun növbələrdir”,-Puşilin yazır. O, əlavə edir ki, “Donetsk xalq respublikasının” bütün sakinləri Rusiyaya birləşmək üçün təkrarən öz iradələrini ifadə etməyə hazırdır.

Üçüncü variantda isə Putindən xahiş olunur ki, qondarma respublikanı “müstəqil, demokratik hüquqi dövlət kimi” tanısın. Və Rusiya ilə bu “respublika” arasında o cümlədən hərbi sahədə müttəfiqlik müqaviləsi bağlansın. Müqavilənin layihəsi də məktuba əlavə olunur.

Separatçıların liderinin hazırladığı bu üç məktub həm də Rusiyanın Donbassla bağlı planlarından xəbər verə bilər. Göründüyü kimi, Rusiya hazırda üç variantı nəzərdən keçirir-Donbassa qoşun yeritmək, regionu özünə birləşdirmək və nəhayət Abxaziya, Cənubi Osetiya kimi onların “müstəqilliklərini” tanımaq.

Rusiya hazırda Ukrayna sərhədlərinə böyük sayda hərbi qüvvə cəmləşdirməkdə davam edir.( virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar