Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi icazəsi olan şəxslərin şəxsiyyət vəsiqələri ilə sərnişin daşıyan sürücü həbs edilib

Xaçmazda karantin qaydalarını pozaraq xüsusi icazəsi olan şəxslərin şəxsiyyət vəsiqələri ilə sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb... 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə müvəqqəti stasionar postda xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd edən B.Qasımovu saxlayıblar.

Məlum olub ki, o, xüsusi icazə sistemində qeydiyyatdan keçən başqa bir taksi sürücüsünə məxsus şəxsiyyət vəsiqəsi ilə sərnişin daşımaq istəyib. B.Qasımov idarə etdiyi "Opel" markalı avtomobillə ayrı-ayrı şəxslərdən 50 manat pul vəsaiti almaqla onları Bakı şəhərinə aparacağını vəd edib, postlardan sərnişinləri keçirtmək üçün isə özündə saxladığı xüsusi icazəsi olan müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrindən istifadə etməyə cəhd göstərib.

Faktla bağlı Xaçmaz RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən B.Qasımov inzibati qaydada həbs edilib. Karantin qaydalarını pozan digər şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb olunublar.

pia.az 


Etiket: Sürücü


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar