Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xuan Quaydonun qiyamı uğursuz oldu, bəs Venesuelanın aqibəti necə olacaq?

“The New York Times”, 03.05.2019

Venesuela müxalifətinin lideri və Milli Məclisin sədri Juan Quaydo aprelin 30-u, səhər saatlarında diktator Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılması üçün bu il üçüncü cəhdini həyata keçirib. Bu dəfə onu bəzi aşağı rütbəli əsgərlər və ən əhəmiyyətlisi, rejimin kəşfiyyat qurumunun rəhbəri dəstəkləyib. Onun yanında ev həbsindən azad olunan müəllimi Leopoldo Lopes də dayanmışdı.

Minlərlə venesuelalı üsyanı dəstəkləmək üçün küçələrə axışdıqda, Maduro rejiminin, nəhayət, sona çatacağı gözlənilirdi. Amma qüruba yaxın Quaydonun ordunu Maduroya qarşı çıxmağa razı sala bilmədiyi aydınlaşdı.

Silahlı qüvvələr diktatora dəstəyi davam etdirərək, müxalifətin rejimi dəyişməsinə hələ də ən böyük maneədir.

Müxalifətin impulsunu davam etdirməyə yönəlik bir sıra tətilləri başlayandan, Quaydo silahlı qüvvələri Maduronu devirməyə çağırır. Bu gerçəkdən uzaq strategiya özünü tükəndirib.

Hərbiçilər – Venesuelada əsas güc oyunçularıdır. Ordu çox qapalı qurumdur və hərbi kadrlar arasında didişmələr haqqında şayiələr yayılsa da, onların heç biri həqiqətə çevrilməyib. Bütövlükdə, uğursuz qiyam silahlı qüvvələrin intizamlı olduğunu sübut edib və generallar hələ də öz qoşunlarında əmr-ixtiyar sahibidirlər. Onlar, həmçinin, neft sənayesi, valyuta mübadiləsi, qaçaqmalçılıq və narkotik ticarəti ilə mübarizə də daxil olmaqla, Venesuela iqtisadiyyatını və böyük dövlət qurumlarını idarə edirlər.

Quaydo və Maduro silahlı qüvvələrin dəstəyi üçün epik döyüşdə kilidlənmiş görünürlər, lakin vəziyyət bundan daha mürəkkəbdir. Əlbəttə, silahlı qüvvələr Maduronun getməsinin vaxtı gəlib çatdığı rəyində olsaydı, onun gediş şərtlərini müzakirə etməyə qərar verəcəkdi. Amma Maduronun iqtidarda olmaması mütləq şəkildə Quaydonun qucaqlanması və ya demokratik hakimiyyətə keçid mənası vermir.

Əksinə, Venesuela nisbətən uzun bir keçidlə hərbi idarəçiliklə qarşılaşa bilər və bu, silahlı qüvvələr demokratiyaya qayıdışın onların hakimiyyəti və imtiyazlarını təhlükəyə qoymayacağına əmin olduğu zamana qədər davam edəcək. Həm də Quaydo və digər müxalifət təmsilçiləri hərbi liderləri ciddi cinayətlərdə ittiham etmədiyi, təhlükəsizliklərinə zəmanət verilən, hakimiyyətin bölüşdürüldüyü hibrid hərbi-mülki rejimin mövcudluğuna razılaşanadək.

Bu perspektiv şübhəsiz ki, cəlbedicidir. Ancaq istənilən keçid başlanırsa, öz həyatını əldə etməyə meyllənir.

Quaydo və qrupunun cari güc dinamikası ilə bağlı daha çox mütəhərriklik və praqmatizm nümayiş etdirdiyinin əlamətləri var. O, hərbi liderlər üçün əvvəldən verilən ilk əfv təklifindən daha yaxşı bir şey – Maduro hökumətindəki mövcud vəzifələrinin saxlanılmasını təklif edib. Bu istiqamətdə hərəkət etməklə, uğur qazanmaq ehtimalı daha çoxdur, amma həm də müəyyən qədər mücərrədir.

Xoşbəxtlikdən ABŞ-ın Venesuelada demokratik qüvvələrə tərəfdaş olmasına heç bir şübhə qalmayıb. Amma Tramp administrasiyasının ritorika və siyasəti Maduro rejimini zəiflətmə səylərini bitirir.

Qiyam zamanı milli təhlükəsizlik üzrə məsləhətçi Con Bolton müdafiə naziri Vladimir Padrino Lopes və rejimin digər liderlərini geri çəkilmədə günahlandırıb. Nüfuzlu hərbi komandirləri rüsvay eləmək belə həssas danışıqların idarə edilməsinin ən pis yoludur.

Elə həmin gün dövlət katibi Mayk Pompeo Rusiyanın Maduroya təzyiqini vurğulayıb və Venesuelaya hərbi müdaxilənin hələ də mümkün olduğuna dair variantların masada olduğunu təkrarlayıb. Tramp, Maduronu dəstəklədiyi üçün Kubaya hücum edən “twitt” atıb və onsuz da yoxsul adaya qarşı yeni iqtisadi sanksiyalar vədi verib.

Bu kimi bəyanatlar yalnız Venesuela ordusunun Birləşmiş Ştatların səlahiyyətlilərinə və müxalifətə güvənini azaldır.

Problemi RusiyaABŞ arasında döyüş olaraq nəzərdən keçirsək, Venesuela böhranının həlli üçün mühüm siyasət təhrif oluna bilər. Hərbi müdaxilə yalnız Venesuela xalqının əzablarını ağırlaşdırar və Latın Amerikasında geniş şəkildə qınanar.

Qılıncların sıyrılması Venesuelaya demokratiyanın qaytarılmasını dəstəkləyən geniş regional koalisiyanı daha da sarsıdacaq. Altı illik uğursuz ticarət embarqosu göstərdi ki, bu cür təzyiq müəyyən dərəcədə uğurlu olsa da, müəyyən səslər qazanmaq baxımından və Cənubi Floridadakı ianə kampaniyaları ilə, Kuba rejiminə çox az təsir göstərir və yalnız ABŞ-ın Latın Amerikası və dünyanın digər yerlərində mövqeyini zəiflədir.

Venesuela dalanı sonsuza qədər davam etməyəcək, ancaq demokratiyaya dərhal dönmə çox çətindir. Müxalifətin və onun beynəlxalq tərəfdarlarının bu çətin reallıqlara uyğunlaşması nə qədər tez olsa, ölkə bu görünməmiş böhrandan çıxış yolunu bir o nə qədər sürətlə tapa bilər. (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar