Şənbə, 04 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Xruşovun əmri ilə partladılan türmə - Avstriya mediasının məqaləsi “Taqanka”nın sonu olub

Sovet hökuməti qurulana qədər “Taqanka” türməsi Rusiynın ən nümunəvi cəzaçəkmə müəssisələrindən biri sayılıb. SSRİ dövründə isə bu həbsxana əsl cəhənnəməi xatırladıb.

Türmə 1804-cü ildə I Aleksandrın əmri ilə Moskvanın həmin dövr üçün ucqar sayılan ərazisində, Taqan meydanının yaxınlığında inşa edilib və Moskva quberniyasının türməsi adlanıb. 406 məhbusun saxlanılması üçün nəzərdə tutulan türmənin ərazisində çoxsaylı emalatxanalar və sexlər də tikilib. Dərzi, çəkməçi, cildləmə, çilingər və digər sexlərdə bütün məhbuslar üçün iş tapılıb. O cümlədən türmədə xəstəxana, kitabxana, camaşırxana, məhbuslar üçün böyük mətbəx, ibadət otaqları da fəaliyyət göstərib.

19-cu əsrin 80-ci illərinə qədər həbsxanada əsasən yüngül və az ağır cinayət törədənlər saxlanılıb. Sonralar isə siyasi məhbuslar da cəzalarını “Taqanka”da çəkiblər.

Türmə kompleksi 15 tikilidən ibarət olub. 1900-cü illərin əvvələrinə qədər həbsxanada normaya uyğyn sayda məhbus saxlanılıb. Məhbusların sayı 400-ü keçəndə türmə növbəti məhbusları qəbul etməyib.
“Taqanka”da cəza çəkən məhbuslar həbsxanadan kənarda olan müəssisələrə də işə göndəriliblər. Onlardan əsasən qaz emalı zavodunda, dəmir yolu xətlərinin çəkilməsində, yol tikintisində istifadə edilib.

Türmədə məhbuslar divar qəzeti buraxıblar, öz teatrlarını və xor kollektivini yaradıblar. Təhsili olan məhbus-mütəxəssilərin köməyi ilə “Taqanka”da ədəbiyyat, musiqi, idman, şahmat, mühasibatlıq və digər dərnəklər fəaliyyət göstərib.

Məhbuslar işə görə aldıqları pulun bir qismini yığaraq tümənin ərazisində abadlıq işlərinə xərcləyiblər. Həbsxanın ərazisində kənd təsərrüfatı məhsulları yetişdirmək üçün xüsusi yer ayrılıb. Məhbuslar öz hesablarına həmin yerdə istixanalar yaradıblar. Əldə edilən məhsulların bir qismi satışa göndərilib, qalanını isə məhbuslar özləri üçün istifadə ediblər.

Oktyabr inqilabından sonra bolşeviklərin ixtiyarına keçən türmədə köhnə “ənənə”lərdən əsər-əlamət qalmayıb. 406 nəfərin saxlanılması üçün nəzərdə tutulan “Taqanka”da məhbusların sayı 2 min nəfəri keçib.

1938-ci ildə həbsxana “NKVD”-nin tabeliyinə verilib. Məhz bundan sonra “Taqanka” ən qorxunc yerlərdən birinə çevrilib. Türmədə məhbusların sayı 4-5 min nəfər arasında dəyişib. Bəzən təkadamlıq kameralarda 20-30 məhbus saxlanılıb ki, həmin məhbusların nəinki uzanmaq, heç oturmaq imkanları olmayıb.

Sovet-alman müharibəsinə qədər “Taqanka” türməsində ölüm hökmləri icra edilməyib. Bu hökmə məhkum olunanları “Butovski poliqonu”na göndəriblər. 1945-ci ildən sonra türmənin ərazisində ölüm hökmlərinin icrası üçün xüsusi yer hazırlanıb. Almanlara satılmış general Andrey Vlasovun ölüm cəzası da “Taqanka”da icra edilib.

Fəaliyyət göstərdiyi illər ərzində bir çox məşhurların yolu “Taqanka”dan keçib. Leninin qardaşı Dmitri Ulyanov, bacısı Mariya Ulyanova, tanınmış bolşeviklər Nikolay Bauman, Yelena Stasova, Leonid Krasin və digərləri bu türmənin “sakin”ləri olublar.

SSRİ dövründə kiçik təmir işləri nəzərə alınmasa, “Taqanka”da əsaslı təmir və bərpa işləri aparılmayıb. Bunun nəticəsi olaraq türmədə olduqca acınacaqlı vəziyyət hökm sürüb. Məhbusların saxlanılması üçün yer azlığı, antisanitariya, yox dərəcəsində olan tibb xidməti, məişət və qida problemləri dözülməz həddə çatıb.

Nikita Xruşovun hakimiyyəti dövründə “Taqanka” SSRİ Daxili İşlər Nazirlyinin 8-ci idarəsinin tabeliyinə verilib. Bu qurum da türmədə məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı heç bir iş görməyib.

“Taqanka”da cəza çəkənlərin yaxınları müntəzəm olaraq Mərkəzi Komitəyə, Daxili İşlər Nazirliyinə türmədəki acınacaqlı vəziyyətlə bağlı çoxsaylı müraciətlər ünvanlayıblar. Bü müraciətlərə ciddi reaksiya verilməyib. Avstriya mətbuatında “Taqanka – qırmızı cəhənnəm” adlı məqalə dərc olunduqdan sonra isə Xruşov türmənin fəaliyyəti ilə bağlı müvafiq qurumların rəhbərləri ilə müşavirə keçirib.
Müşavirədə mütəxəssislər həbsxananın təmir, tikinti və bərpa olunmasının mümkünsüzlüyü bildiriblər.

Bütün çıxışlardan sonra Xruşov qərar verib: “Məhbusları digər cəzaçəkmə müəssisələrinə yerləşdirin və “Taqanka”nı partladın!”

Beləliklə, 1958-ci ildə “Taqanka”nın tikililəri partladılmaq üsulu ilə məhv edilib. Türmənin ərazisində daxili işlər orqanları əməkdaşlarının uşaqları üçün uşaq bağcası və dörd “xruşovka” layihəli beşmərtəbəli yaşayış binaları inşa edilib. “Taqanka”nın ərazisində olan yalnız iki tikili saxlanılıb.

Onlardan biri türmənin inzibati binasıdır ki, hazırda bu binada müxtəlif ofislər fəaliyyət göstərir. Digər saxlanılan bina türmənin camaşırxana binasıdır. Bu binada isə mənzil istismar idarəsi yerləşir.
Bu illər ərzində “Taqanka” haqqında filmlər çəkilib, kitablar yazılıb, mahnılar bəstələnib, qəzetlərdə çoxsaylı məqalələr dərc olunub. Onlardan ən məşhuru isə Vladimir Vısotskinin müəllifi olduğu və özü ifa etdiyi “Taqanka”dır.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Yerinə qızını gətirir: Eldar Yunusovun baxçalarla bağlı varis planı - Video

Ağ Evdən Bakıya mühüm jest - "Demokratiya sammiti" ərəfəsi İrəvana zərbə

Azərbaycanlı ayətullah Sistanini əvəz edəcək - Ayətullah əl-İrəvani İraq şiələrinin lideri olacaq...

Murad Süleymanov saxta dərman probleminin həll edilməsi üçün bu neçə ildə nə edib?

Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib

Xocavənddə Azərbaycan hərbçisi ona hücum edən erməni əsilli şəxsi zərərsizləşdirib

Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - Video

"Bu, müstəqil Azərbaycanın ən böyük büdcəsidir" - Əli Əsədov

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Ermənistan ABŞ-ın “anti-Rusiya sammiti”ndə - Peskovun xəbərdarlığı

Gözlər Haaqada - Beynəlxalq məhkəmədən nə qərar gözləyək?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay