Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xruşovu Yaponiyada təəccübləndirən simsiz telefon

Yaponları təəccübləndirən sovet mühəndisi...

İş rejiminə ciddi riayət sovet cəmiyyətində əsas şərtlərdən biri sayılıb. Bütün dövrlərdə, Leninin hakimiyyəti dövründən başlayaraq Mixail Qorbaçovun prezidentliyinə qədər ölkə vətəndaşları iş qrafikinə ciddi məsələ kimi yanaşıblar. Bu məsuliyyəti ilk növbədə yerli partiya orqanlarının rəhbərləri, o cümlədən Mərkəzi Komitənin vəzifəli şəxsləri nümayiş etdiriblər.

Bəlkə də buna görədir ki, SSRİ-də simsiz rabitə vasitələrinə çox da ehtiyac duyulmayıb. Birincilərin tez-tez olduqları bütün yerlərdə, Kremlin ayrı-ayrı zallarında, görüş otaqlarında, Kreml yeməkxanasında, Mərkəzi Komitənin xəstəxanasında, Böyük Teatrda, mənzil və bağ evlərində dövlət telefonları olub. Təkcə İosif Stalinin bağında 4 dövlət telefonu quraşdırılıb, iş otağında, böyük və kiçik zalda, yataq otağında. Bununla da istənilən vaxt siyasilər bir-biri ilə əlaqə saxlamaq imkanında olublar.

1950-ci illərin sonuna qədər vəzifəli şəxslərin rabitə əlaqələri məhz belə olub.

1960-cı ildə SSRİ nümayəndə heyətinin Yaponiyaya səfərindən sonra isə hər şey dəyişib. Nümayəndə heyətinin üzvləri səfərlə bağlı təəssüratlarını Nikita Xruşovla bölüşəndə diqqətlərini cəlb edən bir məsələ haqqında da danışıblar. Onlar Yaponiyanın dövlət məmurlarının xidməti avtomobillərindəki telefonlar haqqında Xruşova məlumat veriblər. Xruşovu bu məsələ təəcübləndirməklə yanaşı, həm də qıcıqlandırıb.

Elə səhərisi gün o, ölkənin ən tanınmış rabitə mütəxəssislərini Kremlə müşavirəyə dəvət edib. Çox əsəbi və gərgin görünən Xruşov nitqinə rabitə işçilərini danlamaqla başlayıb:

- Mən bu gün sizi təəcübləndirəcəyəm. Amma siz təkcə təəcüblənməyəcəksiniz, həm də utanacaqsınız. Təsəvvür edirsiniz, Yaponiyada adicə bir nazir müavini xidməti avtomobilində evinə gedərkən elə maşındaca hər hansı bir məsələni öz nazirinə məruzə etmək imkanındadır. Yaxud ölkə başçısı səfərə çıxanda avtomobilindəki telefonla istənilən məmurla rabitə əlaqəsinə girə bilir. Bəs bizdə necədir? Bunu siz daha yaxşı bilirsiniz. İndi bir sualıma da cavab verin. Sizin dövlət təminatınız Yaponiyadakı həmkarlarınızdan aşağıdırmı? Əlbəttə ki, yox. Amma bunun müqabilində gördüyünüz işlər qat-qat aşağıdır. Bu isə o deməkdir ki, siz yalnız yeyib-yatırsınız...

Bu “atəşin” çıxışdan sonra SSRİ Rabitə Nazirliyinin dövlət layihə institutunun baş mühəndisi Moisey Şkud Xruşovdan söz istəyib. Xruşov ona kinayə ilə söz verib:

- Moisey Abramoviç, həmişə olduğu kimi, yenə də yerli-yersiz bəhanələr sadalayacaqsınızsa, sizin çıxışınıza ehtiyac yoxdur.

- Xeyr, mən sizə konkret faktlardan danışacam və konkret təklifimi verəcəm. Mənim Yaponiyadakı bu rabitə sistemindən tam məlumatım var. Bu olduqca primitiv bir rabitə vasitəsidir. Mən elə bir layihə ortaya qoyaram ki, yaponlar özləri belə buna təəccüblənərlər.

- Bəs bu günə kimi nəyi gözləyirdiniz? Sizin yerinizə Mərkəzi Komitə işləmələdir?

- Nikita Segeyeviç, bunun üçün dövlət təminatı lazımdır və müvafiq qurumlara layihənin həyata keçirilməsi üçün sizin göstərişləriniz vacibdir, məhz sizin.

Müşavirədə Moisey Şkud ardıcıllıqla konkret təkliflərini irəli sürüb. Nikita Xruşov qeydlər apardıqdan sonra SSRİ Nazirlr Sovetinə müvafiq tapşırıqlar və göstərişlər verib.

Layihə üzərində iki il iş aparılıb. 1963-cü ilin əvvələrində “Altay-1” adı ilə yaradılan radiotelefonun sınağı keçirilib. Sınaq Moskvanın ayrı-ayrı istiqamətlərində dayanan 30 “Volqa” avtomobilində aparılıb. Eyni vaxtda 30 avtomibildə olan adamlar bir-birləri ilə danışa biliblər. Yəni abonentlər heç bir dispetçer müdaxiləsi olmadan rabitə əlaqəsi yaradıblar.

Yaponiyada isə abonentlərin bir-biri ilə danışması dispetçer vasitəsi ilə həyata keçirilib. Abonent əvvəlcə danışmaq istədiyi abonentin nömrəsini verdikdən sonra dispetçer onlar arasında əlaqə yaradıb.

Sınağın səhərisi günü yeni simsiz rabitə vasitəsi haqqında Xruşova məruzə edilib. Xruşov öz bağ evində, xidməti avtomobilində “Altay-1”-i sınaqdan keçirib.

Bu ixtiraya görə Xruşov Kremldə rabitəçilərin şərəfinə ziyafət verib. Moisey Şkud isə SSRİ dövlət mükafatına layiq görülüb.
“Altay” rabitə sistemi sonralar SSRİ-də ən geniş yayılan rabitə sisteminə çevrilib. SSRİ-nin 200-dən artıq şəhərində məhz bu sistemdən geniş istifadə olunub.

Qeyd edək ki, “Altay”-ın müəllifi Moisey Şkud 1907-ci ildə Ukraynanın Çernovitski vilayətində anadan olub. Orta məktəbi bitirdikdən sonra Vinnitsa şəhərində zavodda elektrik işləyib. Kiyev Politexnik İnstitutunda ali təhsil alıb. 1941-1942-ci illərdə cəbhədə olub. 1943-cü ildə SSRİ Müdafiə Komissarlığı (nazirliyi) tərəfindən Leninqrad, Kiyev, Minsk şəhərlərində müdafiə sənayesi profilli zavodlara göndərilib.

Moisey Şkud 1950-ci ildə SSRİ Rabitə Nazirliyinin dövlət layihə institutuna baş mühəndis təyin edilib. 1964-1967-ci illərdə “Ostankino”nun tikintisində baş mühəndis kimi fəaliyyətini davam etdirib. Rabitə sahəsində bir çox yeniliklərə imza atan Moisey Şkud 1970-ci ildə Lenin mükafatına layiq görülüb.

Ömrünün son illərinə qədər Moisey Şkud elmi axtarışlarını davam etdirib, bir neçə texniki dərslik vəsaitinin müəllifi olub.

Moisey Şkud 1988-ci ildə, 80 yaşında vəfat edib. O, Moskvada, Vaqankova qəbirstanlığında dəfn olunub.(musavat.com)

pia.az


Etiket: Xruşov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar