Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xorvatiya bu mundialın qalibi olmağa layiqdir

Moskva göz yaşlarına inanmır: Fransa, yoxsa Xorvatiya?

Nəhayət, final...Bu gün saat 19:00-da ya Fransa, ya Xorvatiya milli komandası adını futbol üzrə XXI dünya çempionu kimi tarixə yazdıracaq.

İki gündür çempionatın bağlanışı və final oyununun keçiriləcəyi paytaxt Moskvaya yağış yağır. "Lujniki" stadionunda bu gün göz yaşları görəcəyik-sevinc və kədər göz yaşları...Moskva bu gün bəlkə də ilk dəfə göz yaşlarına inanacaq...

Bəndənizin sentemental notları final ərəfəsi bəlkə də yersiz görünə bilər. Amma bir ay davam edən həyəcan dolu dünya çempionatının finalında başqa hislərə köklənmək mümkün də deyil. Hələ stadionda bu həyəcanı yaşasaydıq... Çempionat bir addımlığımıza gəldi, biz yenə kənardan baxdıq...

***

Mən bu finalda Xorvatiyanın qələbəsinə inanıram. Xorvatiya Azərbaycan kimi gənc dövlətdi, həm də müharibə onların da dağlarına gedib çıxıb. İndi özlərini düzəldiblər, dünyaya yaxşı mənada meydan oxuyurlar. Himnlərini milyonlar ayaqüstə dinləyir. Xorvatiyanın bizdən az əhalisi var. Təxminən Bakıdan(qeyri-rəsmi rəqəmlərə görə, paytaxtda 3 milyonuq) bir az çox. Amma azsaylı və gənc dövlət olsalar da, futbolları ilə milyonların rəğbətini qazandılar. Dostardan biri oğluna tez-tez deyir: "Bala, "Barselona"ya azarkeşlik erməyə nə var ki, oğul odur ki, "Neftçi" yə azarkeşlik etsin"...

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Çempionatdan görün kimlər getdi e! Argentina, Almaniya, Braziliya, Uruqvay...Yada düşən də "vay dədəm, vay" deməmək olmur... Xorvatiya isə oynadı, sonra döyüşdü, yenə oynadı döyüşdü, sonra yenə...Bu gün son döyüşdü.

Tərəzinin bir gözünə Fransanı qoyaq: Avropa və dünya çempionu kuboklarını, bahalı oyunçularını, lap gənc prezidentləri Makronu da. Bir gözündə bu çempionatda bir oyunda uduzmayan, uduzduqları oyunları qələbə ilə başa vuran, oyunları tamaşaçıya zövq verən, futbolçuları döyüşən...Bu da yüngül kişi işi deyil axı...

Bu tərəzisi pozulmuş dünyada "Fransa daha yaxşıdır" demək olar- topu var, topxanası var, Minsk Qrupunda da adamı. Siyasətə heç girməyək, yoxsa gedib Ermənistana çıxacağıq.

Amma Allah tərəfi və vicdanlı olaraq bu çempionatda futbol oynamaq baxımından ağırlıq xorvatlardadır.

***

Bu günlər Fransanın finalda şansının daha üstün olduğu ilə bağlı çoxsaylı yazılara rast gəldim. Hamı haqlı olaraq, final gözləntisindən danışır. Hətta çempionata ara-sıra baxan da "Fransa kimlə oynayır" soruşur, sonra "əşi, qara oğlanlar udacaq deyir". "Qaralar oynadı, Fransa uddu". Bunu oyun öncəsi mətbuat konfransında Didye Deşamdan soruşublar xatakar jurnalistlər. O da deyib ki, Fransanın heyətində doğurdan da Afrika kökənlilər var. Amma onlar Fransa üçün oynayırlar, dədə-baba ölkələri də uğurlarına sevinir. Deşamın dedikləridir bu. Mən irqçi-mirqçi deyiləm, amma o düşüncədəyəm ki, milli komanda heç olmasa,90 faiz milli olmalıdır. Fransanın da dünya şöhrətli fransız futbolçuları olub, olacaq da. Amma fransızlar on illərdir ki, heyətində Afrika və sair kökənliləri oynatmağı sevir, onlara vətəndaşlıq verir, coxu Mbappe kimi Fransada doğulub. Amma niyə bir dəfə də doğulduqları ölkələrinin şərəfini qoruyan bu Afrika kökənlilərdən birini önə çıxarıb prezident seçmirlər?

Bu qədər siyasət yetər...finala nə qaldı?

***

Fransa ilə Xorvatiyanın futbol meydanında ilk görüşü 1998-ci il dünya çempionatının yarınfinalında olub. Xorvatiya səhv etmirəmsə, ilk dəfə qatıldıqları çempionatda gəlib çıxmışdılar yarımfinala. Həmin görüşdə ev sahibləri Fransa Xorvatiyanı 2:1 yenərək mübarizədən kənarlaşdırdı.

1999 və 2000-ci illərdə onların iki yoldaşlıq görüşü olub. Fransa hər iki oyunda 5 top(3:0, 0:2) vuraraq qalib gəlib. 2004-cü ildə püşk bu dəfə onları Avropa çempiontının final mərhələsində rəqib edib. Həmin görüş 2:2 hesabı ilə bitib. Komandalar sonuncu dəfə yenə yoldaşlıq görüşündə qarşılaşıb. 2011-ci ildə keçirilən həmin görüşündə hesab açılmayıb. Ststistika Fransanın üstünlüyün göstərir.

***

Media və bukmeyker kontorları Fransanın bu mundialın qalibi ola biləcəyini iddia edir. Onların sırasında maraqlı bilgilər var. Diqqət edək:
Fransa 20 il əvvəl çempion olanda indiki kimi C qrupunda mübarizə aparıb. Çempionatda üç müdafəçi bu mundialda olduğu kumi qol vurub. 2008-də Lizarazyu, Tyuram və adını unutduğum müdafiəçi rəqib qapısına yol tapıb. Bu mundialda da Fransanın üç qolunun müəllifi müdafəçilərdir- Varan, Umtiti və Pavar. Daha maraqlısı-Fransa çempion olan il "Real" da, bu il olduğu kimi, Çempionlar Liqasının qalib olmuşdu. Və üstü-üstə düşən daha bir maraqlı tarix. Sən demə, 20 il əvvəl İsrail "Eurovision" nun qalib olubmuş. Bu ildə qalib İsrail oldu axı...

Fransanın finalda daha şanslı olduğu barədə başqa bu kimi xeyli hekayələr də var. İngiltərə ilə oyunda olduğu tək Fransanın PR yaxşı işləyir. Fransanı şişirtməyə ehtiyac yox, adlı-sanlı komandadır, meydanın hər yerində çox yaxşı oynayan futbolçulara sahibdir.

Fransa bu çempionata evə erkən gedənlərdən yaxşı hazırlaşıb və "pley off" mərhələsində daha təşkilatlanmış komanda kimi meydana çıxdı. Fransanın Argentina ilə 1/8 qarşılaşması çempionatın ən maraqlı oyunu oldu: qol bol, Fransa da "xoruz" kimi oynadı. Amma həm Uruqvay, həm Belçika ilə sonrakı oyunlarda əvvəlki Fransa meydanda olmadı. Fransanın bu cür oyunu əlbəttə ki, tənqid edildi. Belçika ilə oyuna ümumiyyətlə, anti-futbol deyildi.

Fransa millisi son iki qarşılaşmada nəticəyə oynadı və finala doğru layiqli mübarizə aparmadı. Fransa "əsas nəticədir" deyib, bu tənqidləri veclərinə də almır. Rus şərhçilər Fransanın oyununa daha abırlı tənqid deyirlər: "zrelıy furbol".

2016-da Avropa çempionatında Portuqaliya anti-futbolu oynadı və Fransanı finalda uddu. Fransa, Portuqaliyadan öyrəndimi bu oyun taktikasını?

Bu gün Belçika ilə yarımfinal qarşılaşmasındakı kimi oynayacaqlarmı? Böyük ehtimalla elə olacaq. Çünki Xorvatiya ilə futbol oynayıb qalib gəlmək-ən azından əsas vaxtda-mümkünsüz görünür.

***
Fransa komandasını təhlul edənlər yazır ki, Didye Deşam bu mundialda 1/8 qarşılaşmasından sonra komandada bəzi taktiki dəyişikliklər edib. Komanda 4-2-3-1 taktiki düzülüşü ilə meydana çıxır. Fransanın orta xəttində Kanteni indi az qala Modriçlə müqyisə edirlər. Matyudi, Povar, Hernandes Kanteye dəstək verirlər ki, mütəxəssislərə görə, bu komanda oyununa yaxşı mənada təsir edib.

Deşam Antuan Qrizmannı çox öndə oynatmır ki, bu da onun məhsuldarlığına təsir etsə də, komandanın ümumi işinə yarayıb. Halbuki Fransa mundalın ilk oyunlarında üç hucumçu ilə-Qrizmann, Dembele və Mbappe ilə hücuma atılırdı. Amma bu taktiki plan alınmadı və Deşam Qrizmann geri çəkərək Mbappeni lap önə çıxardı. Bu gediş Fransanın hücum xəttinə təsirsiz ötüşməyib, qol az vururlar, oyunları sönük olur. Amma Deşam üçün bunun heç bir əhəmiyyəti yoxdur. Onun üçün əsas nəticədir. Fransa belə Fransadır...

***

Xorvatiya yeganə komandadır ki, bu mundialda uduzmayıb. Fransa da uduzmayıb, amma Danimarka ilə anti-futbolla heç-heçəsi var. Xorvatiya yeganə komandadır ki, "pley-off"da iki dəfə hesabda geri olsa da, meydanı qalib tərk edib. Xorvatiya yeganə komandadır ki, çempionatda 1 oyun(30+30+30)artıq keçirib. Xorvatiya əhalisinin az sayına görə finala çıxan ilk Avropa ölkəsidir.

Rakitiç dünyada bu il 70 görüşdə meydana çıxan tək futbolçudur. Daha nə?

Bu statistikaya əlbəttə, "Barselona"nın heyətində oynadığı matçlar da daxildi. Amma futbolçuda fiziki gücə baxın da...O xorvat deyib ki, razıdır komandası çempion olsun və bir daha meydana çıxmasın, gənc yaşına rəğmən karyerasını bitirsin.

Modriç də adama toxunan sözlər danışıb. Modriç deyib ki, indiyədək klublarda qazandığı bütün mükafatları bu gün dünya kubokuna dəyişməyə hazırdı. Üç Çempionlar Liqası qalib olduğunu xatırlayıram. Başqa sözə gərək yox...

Xorvatiya bu gün çempion olacaq, mən buna inanıram. Kuboku da vətənlərinə aparacaqlar. Xorvat futbolçuların Deşam dediyi kimi, ikinci vətənləri yox. Elə buna görə də Xorvatiya hər cür hörmətə layiqdir.

***

...Çox gözəl bir çempionat bitdi. Ağlamaq və kövrəlməyə dəyməz. Moskva göz yaşlarına inanmır...

Nazim Sabiroğlu (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar