Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib

Georgi Kabakov karyerasında ikinci dəfə Azərbaycan komandasının oyununu idarə edəcək

AVRO-2020-nin seçmə mərhəsinin I turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib.

"Report"un məlumatına görə, görüş Georgi Kabakovun rəhbərlik etdiyi Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində yardımçı olacaq.

33 yaşlı Kabakov 2013-cü ildən FIFA referisidir. O, 2015-2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Monteneqroda "Rudar" (Plevliya) ilə matçını idarə edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Bu oyunda meydan sahiblərindən üç futbolçu sarı vərəqə alıb.

Kabakov son olaraq, fevralın 14-də Belçikada "Brügge" və "Zalsburq" (Avstriya) komandaları arasındakı görüşü idarə edib. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi matç Kabakovun karyerasında 44-cü beynəlxalq oyun olub. Bu oyunlarda bolqarıstanlı referi meydan sahiblərinin və "gəlmələr"in lehinə 4 penalti təyin edib, yerli komandadan 5, qonaq komandadan 8 oyunçunu meydandan qovub.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar