Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocavəndin kəndlərinə Azərbaycan bayrağını sancan şəhidimiz

Sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də şəhid hərbçi İşiyev Rafail Əhmədağa oğludur.

“Report”un Muğan bürosu xəbər verir ki, Rafail İşiyev 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tankçı kimi xidmətdə olub, xidmət etdiyi müddətdə bir sıra fəxri fərmanlarla mükafatlandırılıb.

Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Eyni zamanda Xocavənd yüksəkliyində yerləşən kəndlərə Azərbaycan bayrağını sancıb.

Noyabrın 3-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Rafail İşiyev doğulduğu kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin xalası oğlu Elnur Atakişiyev deyir ki, döyüşlər zamanı Şəhid Rafail İşiyev çox sayda düşmənin hərbi texnikalarını məhv edib:

“Onun əsgər yoldaşları da bu haqda danışır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.

Şəhidin həyat yoldaşı Sevda İşiyeva da mərhum barədə öz xatirələrini bölüşüb: “Evdə uşaqlara Vətən sevgisini aşılayırdı. Deyirdi ki, vətənpərvərliyi uşaqlara kiçik yaşlarından öyrətmək lazımdır”.

Şəhidimizin 10 yaşında və 7 yaşında iki oğul övladı yadigar qalıb.

Qeyd edək ki, Rafail İşiyev göstərdiyi igidliklərə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar