Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocavənd və Füzuli sakinləri Qələbə sevincini yaşayır - Video

Azərbaycan ordusunun şücaəti sayəsində Füzuli və Xocavənd rayonunun bir sıra kəndləri düşmən tapdağından azad olunub.

PİA.az xəbər verir ki, kəndləri işğaldan azad olunan sakinlər sevincini Xəzər TV-nin mikrofonuna danışıblar. Hər iki rayondan olan məcburi köçkünlər doğma yurdlarına ayaq basacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər.

"Bu xəbəri eşidəndə sevincimdən ağladım. Şad xəbəri bütün qohumlarla paylaşdım. Hər kəs bir-birini təbrik etdi". Bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Xatun bulaq kəndinin sakini Nadir Rüstəmov deyib. Bildirib ki, kəndlərinə ayaq basacağı günü səbirsizliklə gözləyir.

Rüstəmovlar ailəsi bildirir ki, Ordumuz işğal altındakı bir sıra strateji yüksəklikləri, kəndləri azad edib. Ailə Erməni vəhşiliklərini bir gün belə olsun unutmayıb. Bildirirlər ki, düşmənə ən gözəl cavab qələbədir.

Füzulinin işğaldan azad olunan Qarakollu və Qaradağlı kənd sakinləri də Ordumuzun düşmən üzərində olan üstünlüyündən qürurlandıqlarını bildirirlər.

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri də işğaldan azad edilib. Xocavənd sakinləri bildirirlər ki, həsrətini çəkdiyimiz dədə-baba torpağımız düşmən tapdağından azad olunub. Bu hissləri bizə yaşatdıqlarına görə igid Vətən oğullarına minnətdarıq.

Bəli, bugünkü zəfərlərimiz bütün Azərbaycanı sevindirir. Ordumuzun əzmkarlığı sayəsində çox yaxında üçrəngli bayrağımız Qarabağda dalğalanacaq!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar