Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımı ilə əlaqədar ümumşəhər anım tədbiri keçirilib - Şirvanda

Tədbir iştirakçıları “Xocalı soyqırımı” Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub...

Fevralın 26-da Şirvan şəhər Gənclər Evində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovun, Şura üzvlərinin, şəhər İcra Hakimiyyətin məsul işçilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimai-siyasi qurumların və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ümumşəhər tədbiri keçirilib.

Tədbir iştirakçıları öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsünə qoşularaq “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində Məhəmməd Füzuli adına Şirvan şəhər Parkında şəhər rəhbərliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin, Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin, Şirvan şəhər Gənclər Evinin və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi könüllülərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştiraki ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağacın əkilməsi aksiyası keçirilib.

Şirvan şəhər Gənclər Evində keçirilən anım tədbirində öncə tədbir iştirakçıları mərkəzin foyesində təşkil olunan Xocalı soyqırımına həsr olunmuş məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Anım tədbirində həmin faciəli günlərdə həyatını itirmiş soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov anım tədbirində çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil oldu. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə həmin gecə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını həyata keçiriblər. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan atılan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. İlqar Abbasov qeyd edib ki, Ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırım zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstəriblər. Bu şəhərin ölməzlik tarixini yazıblar. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir, saat 17oo-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Ümummilli məsələrlə bağlı Türkiyə və Azərbaycan parlament nümayəndə heyəti bir sıra beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında birgə fəaliyyət göstərirlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “iki dövlətin bir diasporu” tövsiyələrinə uyğun olaraq Diasporlarla iş üzrə Dövlət Komitəsi, Dünya Azərbaycanlıları Konqresi, Türkiyə-Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər görürlər.

Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir.

Azərbaycanın bu haqq işinin, ədalətli mövqeyinin qalib gəlməsi, ərazi bütövlüyünün təmin edilməsi üçün hər bir azərbaycanlının möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli olduğu və xalqımızın milli maraqlarına xidmət edən siyasi kursunu, fəaliyyətini hərtərəfli dəstəkləməsi qeyd olundu.

Anım tədbirində Xocalı hadisələrinin canlı şahidi, Şirvan şəhərində məskunlaşmış Arif Əizizov, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov və digər çıxış edənlər insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağı qeyd ediblər.

Sonda Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə litvalı rejissor Andreas Brokas tərəfindən hazırlanmış “Sonsuz dəhliz” sənədli filmi nümayiş olundu.

Allah bütün Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar