“Pizzaline” şirniyyat dükanında yanğın olub
Xırdalan şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Pizzaline” şirniyyat dükanında yanğın olub.
“Report” xəbər verir ki, hadisə yerinə FHN-in 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
İlkin ehtimala görə, yanğın çörəkbişirən sobaların birində baş vermiş nasazlıqdan olub.
pia.az