Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalanda partlayış baş verib, doqquz ailə evsiz qalıb

Noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Komitədən verilən məlumata görə, yanğın baş verən ünvanda 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib.

Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

pia.az


Etiket: Xırdalan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar