Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalanda "KamAZ"-la 6 yaşlı uşağın üstündən keçən sərxoş sürücü saxlanılıb - Video

Abşeron rayonu, Xırdalan şəhərində azyaşlını avtomobillə vuran sürücü saxlanılıb

Müşfiq İsgəndərov idarə etdiyi "KamAZ" markalı yük maşını ilə 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlunu vurduqdan sonra ərazidən yayınmışdı.

Məlum olub ki, M.İsgəndərov idarə etdiyi avtomobillə azyaşlının üstündən keçdikdən sonra Ceyranbatan qəsəbəsinə gedib. Polis tərəfindən saxlanılan sürücü Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb və onun sərxoş olduğu üzə çıxıb. Sürücünün APA-ya verdiyi məlumata görə, uşağı avtomobillə vurduğunu hiss etmədiyindən hərəkətinə davam edib.

Hazırda faktla bağlı istintaq araşdırmaları aparılır.

***

Saat 20:41

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü isə hadisə yerindən yayınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. (ONA)

pia.az


Etiket: hadisə Xırdalan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar