Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalanda iki məktəblini vuran sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Xırdalanda iki azyaşlını vuran sürücü barəsində həbs qətimkan tədbiri seçilib...

Yanvarın 23-də Xırdalan şəhəri ərazisində səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı avtomobillə vurub onlara bədən xəsarətləri yetirməkdə təqsirli bilinən Cəmil Bəylərov məhkəmə qarşısına çıxarılıb. Abşeron rayon Məhkəməsinin qərarı ilə C.Bəylərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məluma hadisə yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb. Cəmil Bəylərovun idarə etdiyi Mercedes-Benz markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, zərərçəkənlər orta məktəb şagirdləri olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar