Bazar, 11 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Xırdalanda böyük şirkətlər açan ərəblər kimdir? – Foto

Azərbaycanda “Al Sharah” Məhdud Məsuliyyətli Cəmiyyət dövlət qeydiyyatına alınıb.

Yeni yaranan şirkətin nizamnamı kapitalı 100 dollar təşkil edir. MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2-də yerləşir. “Al Sharah” MMC-nin qanuni təmsilçisi Hacızadə Günel Tağı qızıdır.

Məlumat üçün bildirək ki, bir il əvvəl – 09.01.2020-ci il tarixində Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında nizamnamı kapitalı 595 000 dollar olan “Salem Al Shuaıbı” MMC adlı daha bir şirkət qeydiyyata alınıb. Qeydiyyata alınan zaman bu şirkətin də qanuni təmsilçisi Hacızadə Günel Tağı qızı olub. Daha sonra MMC-yə Hamdan Al Shaıbı Salem Hamad Naser rəhbərlik edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Salem Al Shuaıbı” adlı böyük bir şirkət fəaliyyət göstərir. Bu şirkət əsasən, qiymətli daş-qaş və zinət əşyalarının satışı və istehsalı ilə məşğul olur. Şirkətin müştəriləri arasında ərəb dövlətlərinin varlı şəxsləri yer alır. Eyni zamanda BƏƏ-nin Dubay şəhərində “Al Sharah” adlı restoranlar şəbəkəsi fəaliyyət göstərir. Bu restoran Dubayda dəniz məhsullarının hazırlanması ilə məşhurdur.

Onu da bildirək ki, 17.04.2018-ci il tarixində Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında daha bir şirkət – “İbrahim Alzaabi” MMC dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamı kapitalı 91 000 dollar təşkil edir. MMC-nin qanuni təmsilçisi İbrahim Ahmed Alı Obaıd Alzaabidır.

İbrahim Ahmed Obaid Alzaabi “İbrahim Alzaabi” MMC adlı şirkəti dövlət qeydiyyatına aldırdıqdan 3 ay sonra sonra Binəqədi rayonu, Novxanı kəndində ümumi sahəsi 294 kv. Metr olan 2 mərtəbəli ev tikdirməyə başlayıb. Noxvanıda tikilən evin layihəçisi Hacızadə Tağı Hacıağa oğlu olub. Qeyd etdiyimiz kimi “Al Sharah” MMC-nin qanuni təmsilçisi isə Hacızadə Günel Tağı qızıdır.

Bildirək ki, Al-Zaabi soyadı BƏƏ-də olduqca məşhurdur. Bu soyadı daşıyan İbrahim Obaid Alzaabi hazırda BƏƏ-nin Dövlət Sığorta Təşkilatının rəhbəridir. Hamad Obaid İbrahim Salem Al-Zaabi isə BƏƏ-nin Pakistandakı səfiri vəzifəsində çalışır.

Mohammed Al-Zaabi adlı iş adamı isə Dubayın ən böyük şirkətlərindən birinə – “Miral”a rəhbərlik edir. Bu şirkət Dubayda “Formula -1” yarışlarının da təşkilatçısı hesab olunur. Şirkətin Dubayda dəyəri milyardlarla ölçülən nəhəng yaşayış və ticarət obyektləri inşa edir. Dubayın ən böyük hava limanının da “Miral” şirkəti tikib.(yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

Deputat məmurlara səsləndi: “Xalq balıqsız yaşaya bilər, amma susuz yaşaya bilməz!“

1.1 milyard manatı Azərbaycandan kim və necə çıxarıb? - MB və DGK hara baxır?

Erməni deputat:"Mən Polad Həşimov küçəsində yaşayıram..." - Foto

Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib

Ən çox oxunanalar