Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN əsirlərlə bağlı məlumat yayıb

AR Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏTBeynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib. Bir gün öncəsində isə döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.

PİA.az xəbər verir ki, bu barədə məlumatı XİN-in Mətbuat Xidməti idarəsi yayıb.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada atılan bu addımlar, Azərbaycanın xoş niyyətinin, eləcə də beynəlxalq humanitar hüquq və insani dəyərlərə verdiyi dəyərin göstəricisidir.

 
Öz növbəsində Ermənistan tərəfi, erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib.

Vurğulayırıq ki, Ermənistanın bu günədək 3 dəfə elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq cəsədlərin, eləcə də hər iki tərəfdə saxlanılan şəxslərin mübadiləsinə əngəl törətməsinə baxmayaraq, Azərbaycan birtərəfli qaydada humanitar addımı reallaşdırıb.

Azərbaycan tərəfinin bu humanitar addımının həyata keçirilməsində Rusiya Federasiyasının Müdafiə Nazirliyi müstəsna rol oynayıb.

Humanizm prinsipləri hər zaman olduğu kimi, bundan sonra tərəfimizdən əsas götürüləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar