Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN ATƏT-in konfransında səsləndirilən əsassız ittihamlara münasibət bildirib

Leyla Abdullayeva məsələyə münasibət bildirib...

ATƏT-in Media azadlığı üzrə nümayəndəliyinin Tbilisidə təşkil etdiyi konfransın panellərinin birində Azərbaycanda guya fikir azadlığının məhdudlaşdırılması və jurnalistlərin həbs olunması ilə bağlı bəzi əsassız fikirlər səsləndirildi”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq tədbirlərdə bir çox hallarda Azərbaycana qarşı təxribat xarakterli və tamamilə əsassız ittihamlar, qarayaxma təşkil olunması meylləri müşahidə edilir: “Belə olan hallarda söyənilən həmin fikirlərə yerindəcə münasibət bildirilir və auditoriya səsləndirilən fikirlərin əsassız olması və faktlara söykənməməsi barədə məlumatlandırılır”.

L.Abdulayeva deyib ki, bugünkü konfrans çərçivəsində Azərbaycanla bağlı səsləndirilən ittihamlarla dolu fikirlər üzrə ölkəni təmsil edən rəsmi nümayəndələr müvafiq açıqlamalar veriblər: “Açıqlamalarda Azərbaycanda istər mətbuat, istərsə də fikir azadlığı sahəsində kifayət qədər önəmli işlərin görüldüyü, mühüm qanunvericilik bazasının mövcud olduğu, eləcə də demokratik inkişafın daha da genişləndirilməsi istiqamətində önəmli islahatların həyata keçirildiyi barədə məlumat təqdim olundu”.

XİN rəsmisi qeyd edib ki, toplantıda bəzi QHT-lər tərəfindən Azərbaycanla bağlı səsləndirilən iddialara da münasibət bildirilib: “QHT nümayəndələrinə auditoriyaya çatdırdıqları məlumatları haradan əldə etmələri və istinad mənbələri ilə bağlı suallar verildi. Bəzi konkret hallarla bağlı Azərbaycanın dövlət qurumlarının rəsmi açıqlamaları olduğu halda nədən onlara istinad olunmaması və kimlərinsə əsassız fikirlərinə istinad edilməsi ilə bağlı suallar da ünvanlandı”.

O əlavə edib ki, hər bir tənqid sağlam olduğu halda xeyirli ola bilər: “Dialoq sağlam şəkildə aparılmalıdır. Əgər məsələlərlə bilavasitə məşğul olan rəsmi dövlət qurumlarının rəyi nəzərə alınmırsa, o zaman hər hansı bir sağlam fikir mübadiləsi və ya dialoqdan söhbət gedə bilməz”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar