Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqi sevərlərə qapılarını açdı

Artıq 11 ildir ki, ölkəmizin səxavətli və səfalı guşəsi olan Qəbələ şəhəri Azərbaycandan və bütün dünyadan musiqi sevərləri bir araya gətirir

Əhali arasında həm ölkəmizin, həm də xarici dövlətlərin klassik musiqi janrlarını tanıdan Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert 2019-cu ilin 31 iyul tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində baş tutdu.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrin iştirakı ilə keçirilmiş konsert nəcib və zəngin əsərlər və ifalar ilə yadda qaldı. Təcrübəli və tanınmış dirijor Cavad Tağızadənin rəhbərliyi ilə gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərləri səsləndi. Gənc və çox istedadlı solistlər Taleh Yahyayevin (bariton), Nigar Cəfərovanın (soprano), Mahir Tağızadənin (bariton), Rəsul Əliyevin (fleyta), Nəzrin Aslanlının (violin), Safura Aslanovanın (vokal), Məmmədəli Paşazadənin (klarnet) çıxışları zalda əyləşmiş çoxsaylı tamaşaçıları valeh etdi.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq-”in dəstəyi ilə keçirilən Festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçiriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar