Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərlə bağlı xəbərdarlıq: Fəsadlar yarana bilər

Son illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu yüksəlib...

Temperaturun yüksəlməsinin davam etməsi dənizin ekosistemi üçün fəsadlar yarada bilər.

Bu barədə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsi məlumat yayıb.

Qeyd edilib ki, 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu 0.35 dərəcə selsi, ildə isə orta hesabla 0,023 dərəcə selsi artıb.

Şöbənin apardığı tədqiqatların nəticələrinə görə, dənizdə temperaturun qalxıb-enməsi qeydə alınmalıdır. Amma Xəzərdə 15 il ərzində temperaturun enməsi deyil, ardıcıl olaraq, yalnız artımı müşahidə edilir:

"Artım belə davam edərsə, dənizin ekosistemi üçün fəsadlar yarana bilər. Çünki səth sularının temperaturunun çox yüksəlməsi dənizin ekosisteminə çox mənfi təsir edir. Balıqlar, suitilər müəyyən temperatura alışırlar. Onların çoxalma dövrləri hansısa temperaturla müşayiət olunur. Əgər bu temperaturda 0,5, yaxud 1 dərəcə yüksəlmə olursa, onda fəlakət yaranır, onlar kütləvi şəkildə qırılırlar”.

Xəzərdə səth sularının temperaturunun yüksəlməsi əsasən, qlobal iqlim istiləşməsi ilə izah edilir: “Temperaturun yüksəlməsi hava ilə birbaşa təmasda olan suyun da temperaturunun yüksəlməsinə səbəb olur. Digər tərəfdən, Xəzər dənizinin suyunun səviyyəsinin enməsi də buna təsir edir”.

pia.az


Etiket: Xəzər dənizi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar