Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdə itkin düşən netçinin meyiti tapıldı

Bazar günü axşam saatlarında Xəzər dənizində “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin stasionar dəniz özülündə itkin düşmüş azərbaycanlı neftçinin cəsədi aşkar olunub.

“İtkin düşən neftçinin cəsədi bazar ertəsi aşkar olunaraq ekspertizaya verilib”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib.

Xəbər verildiyi kimi, avqustun 9-da “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Elşən Kazımovun saat 19 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilib. “Elşən Kazımovu axırıncı dəfə həmin gün saat 15:40 radələrində usta Vidadi Əliyevlə birlikdə iki quyuda ölçmə işləri apararkən görüblər.

Sonradan iş otağında onun çəkmələri, mobil telefonu və gödəkcəsi tapılıb. İşçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. Onun itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Bazar ertəsi helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirib.

pia.az


Etiket: Xəzər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar