Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzər dənizini Aral gölünün taleyi gözləyə bilər? - Nazirliyin rəsmisi açıqladı

Xəzərin quruması və regionda böyük ekoloji fəlafətin yaranması ilə bağlı təhlükəli vəziyyət varmı?..

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri: “Xəzərin səviyyəsi barədə uzunmüddətli proqnoz vermək mümkün deyil”.

Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır”.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə Xəzər dənizinin suyu azalma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəzər dənizinin suyu azalır və bu azalma hər ötən il bir az da artır. Belə ki, Lənkəranın bəzi yerlərində Xəzərin suyunda 2, 3, 4 metr çəkilmə varsa, bu Nabranda 200-300 metr təşkil edir. Bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir.

Bəzi ekspertlər hesab edirlər ki, əgər ən yaxın zamanda tədbir görülməzsə, Xəzər dənizi Aral gölünün taleyini yaşaya bilər. Son zamanlarda Xəzərə tökülən çaylarda da su kəskin azalıb. Bu yay isə Kür çayında baş verən kəskin susuzluq nəticəsibdə dənizin suyu çayın mənsəbinə girdi. Hazırda Kür çayındakı vəxiyyət isə heç də ürəkaçan deyil.

Xəzər dənizinin əsas su təminatçısı olan Volqa çayında da vəziyyət heç də ürək açan deyil. Volqa çayının mənsəbində qurulan şlyüzlər və dambalar suyun təlafatına yol açır və bu da Xəzərin su ilə təminatında əlavə problemə çevrilir. Qeyd edək ki, bir çox alimlər qlobal istiləşmə fonunda Xəzər dənizinin ekoloji fəlakət zonasına çevrilməsini istisna etmirlər.

Xəzərin quruması və regionda böyük ekoloji fəlafətin yaranması ilə bağlı təhlükəli vəziyyət varmı? Həmçinin Xəzəryanı dövlətlərin Xəzəri qorumaq üçün atdıqları addımları yetərli hesab etmək olar?

Xəzər suyunun gələcək problemləri ilə bağlı PİA.az-ın əməkdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadəyə müraciət edib.

Rasim Səttar-zadə: “Xəzər dənizinin müxtəlif zamanlarda səviyyəsi 20 və -34 metr arasında dəyişib”.

Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz verməyin mümkün olmadığını bildirən nazirlik rəsmisi PİA.az-a açıqlamasında qeyd edib ki, bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb:

“Çoxillik məlumatların təhlili göstərir ki, Xəzər dənizinin səviyyəsi müxtəlif zamanlarda 20 və -34 metr arasında dəyişib. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azalıb. Lakin 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb.

Xəzərin səviyyəsinin bir çox amillərdən asılı olduğunu nəzərə alsaq, həmin amillərin dəyişməsinin dəqiq proqnozu, ssenarisi olmalıdır. Səviyyə tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, məncə belə bir uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar