Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəyanətlərdə keçən ömür... - Əli Kərimlinin satqınlığı haraya qədər davam edəcək?

Əli Kərimlinin çörəyi məhz başqalarının mübarizəsini sataraq yaşamaqdan keçir. Bu 20 il əvvəl də belə idi. İndi də belədir....

Dünən Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqi ləğv eləmək barədə qərar qəbul etdi. Bu qərara necə yanaşmaq olar? Əli Kərimlinin və ətrafının kontruktiv siyəsəti kimi, yoxsa içlərinə dolan və özlərini meydana qoymaqdan, havalandırıb küçələrə çıxardıqları gənclərin önündə durmaqdan qorxduqları üçünmü? Bu sualın cavabını aşağıda verəcəyik. Hələliksə Əli Kərimlinin xəyanətlə, satqınlıqla dolu siyasi karyerasına nəzər salaq.

Bu gün Əli Kərimlinin qazı ilə küçələrə çıxan gənclər bilməz. Amma bilmələri lazım olan bir şeylər var. Onlardan biri və birincisi Əli Kərimlinin 1994-cü ildə başlayan xəyanət yoludur. Məhz 1994-cü ildə Əli Kərimli Kələkidən gəldikdən sonra ilk işi hakimiyyətlə anlaşmaq və AXC-ni ələ keçirmək oldu. Bunun üçün hakimiyyətin bir qrupu ilə anlaşan Əli Kərimli AXC-ni parçalayacağını ortaya qoydu və bir müddətdən sonra bu elə belə də oldu. AXC əvvəl AXCP oldu sonra isə bir neçə yerə parçalanaraq Azərbaycan siyasətində demək olar ki, yoxa çıxdı. Və yaxud da Pənah Hüseynin təbirincə desək, “özü boyda siyasi meyitə çevilib leş iyi verməyə başladı”. Bu Əli Kərimlinin başarısı idi. Və bu başarının sonucunda minlərlə vicdanlı və ləyaqətli insan AXC-dən uzaqlaşdı. AXC-nin hüquqi varisi isə Əli Kərimli oldu.

1994-cü ildə AXC-ni ələ keçirmək üçün hakimiyyətlə anlaşan Əli Kərimlinin ilk işi o zaman AXC-yə rəhbərlik edən İbrahim İbrahimlini təşkilatdan qovmaq oldu. Amma bu qovmaq heç də partiya daxili mübarizə və rəqabət daxilində baş vermədi...

AXC-də rəhbərliyi ələ keçirən Kərimlinin ilk işi təşkilatı fraksiyalara parçalamaq oldu. 1995-ci ilin əvvələrində AXC-də Əbülfəz Elçibəyin tərəfdarları olan “klassik”lər və ƏLİ Kərimlinin yaxın ətrafından ibarət olan və ona xidmət göstərən “Yurd”çular ortaya çıxdı. Hər iki fraksiya bir-birlərinə qarşı barışmaqz mövqedə dururdu. Hakbuki Əli Kərimli Kələkidən gələnə və hakimiyytlə anlaşıb təşkilatın rəhbərliyini ələ keçirənə qədər AXC daxilində “Yurd”çuların mövqeləri heç hiss olunmurdu. Sonralar illər keçdikcə Əli Kərimlinin davamlı xəyanətləri və satqınlığı ucbatından “Yurd”çuların önəmli funksionerləri tədricən Əli Kərimli düşərgəsindən uzaqlaşdılar. Və bu Əli Kərimlinin onları dəfələrlə satması fonunda baş verdi. Həmin şəxslərin kim olduğu da siyasətdə olanların hər birinə bəllidir. Onların bir qismi siyasəti və ölkəni tərk ediblər. Bir qismi ölkədə siyasətdən kənarda fəaliyyət göstərirlər. Bir qismi isə hələ də siyasətdədirlər və Əli Kərimlinin xəyanətlərinnə qarşı mübarizəni davam etdirirlər.

Əli Kərimlinin Elçibəyə və cəbhəçilərə qarşı başqa bir xəyanəti 1995-ci ilin parlament seçkiləri ərəfəsində baş verdi. Hakimiyyətlə tam analaşma içində olan Əli Kərimli AXC-ni seçkilərdə iştirakını istəyirdi və müxtəlif insanlara verdiyi vədlər hesabına AXC-nin növbəti qurultayında hərəkatın partiyaya çevrilməsinə və qeydiyyatdan keçməsinə nail oldu.

Bu da Əli Kərimlinin önəmli qalibiyyətindən biri idi və eyni zamanda AXC-nin AXCP-yə çevrilməsini “Klassik”lərin ilk total məğlubiyyəti kimi dəyərləndirmək olar. Bundan sonra isə Əli Kərimli “Yurd”çulardan ibarət “komandası ilə parlamentdə təmsil olundu. Bu təmsilçilik Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın liderinə və ideya tərəfdaşlarına xəyanət idi. Çünki Kərimli hər şeydən əvvəl özünün və “komandasının” mandat qazanması üçün təmsil etdiyi təşkilatın dəyərlərini və ideologiyasın satayarq hakimiyyətin birbaşa xidmətçisinə çevrildi.

Hələ o zaman da hamı təəccüblə sual verirdi. Kələkidə olan Elçibəy bütün bunlara niyə və necə dözür. O zaman partiyanın rəhbərliyində də təmsil olunananlar da yaxşı bilir ki, Əli Kərimli İbrahimlini şantaj etdiyi kimi, Elçibəyi də şantaj edirdi. Düşünməyin ki, Kərimli Elçibəyə qarşı hansısa iyrənc bir detaldan istifadə edirdi. Sadəcə olaraq Kərimli Elçibəyi AXCP-ni parçalamaqla təhdid edirdi və Elçibəy də bu təhdidin qarşısında siyasi həyatında ikinci böyük uğursuzluq yaşamaq istəmirdi. Çünki həqiqətən də Əli Kərimli hakimiyyətdən aldığı güclə təşkilatı tamamilə parçalayıb Elçibəyin nüfuzuna ikinci dəfə ağır zərbə vura bilərdi.

Sual olunur, bəs Əli Kərimli hakimiyyətlə yollarını niyə ayırdı? Hansı səbəbdən hakimiyyətin ən barışmaz düşməninə çevrildi? Bu sualın da səbəbi çox bəsitdir. Çünki Əli Kərimlinin xəyanətlərinə görə hər zaman daha çox şeylər istəməsi Kərimli ilə hakimiyyət arasında iplərin qırıımasına səbəb oldu. Belə ki, növbəti parlament seçkilərində Kərimli öz yaxın ətrafına daha çox mandat və daha çox maliyyə mənbəyi istədi. Hakimiyyət bundan imtina etdiyi zaman Əli Kərimli MSK-dakı nümayəndəsinə protokolu imzalamamaq tapşırığı verdi. Daha sonra səhvini başa düşən Kərimli əvvəlki anlaşma daxilində protokolu imzalamaq istəsə də ona “yox” cavabı verildi. Çünki hakimiyyət Əli Kərimlinin Elçibəyə və ideyadaşlarına xəyanət etdiyi kimi, ilk fürsətdə onlara da xəyanət edəcəyini çox yaxşı bilirdi. Bu üzdən xəyanatkarla, daha doğrusu Elçibəyi və tərəfdaşlarını “30 gümüşə satan İuda” ilə yol getmək istəmədi. Beləcə yollar ayrıldı və Əli Kərimli hakimiyyətin ən barışmaz “müxalifətinə” çevrildi.

Əli Kərimlinin xəyanətləri bunula bitmir. Onun çoxlu sayda digər xəyanətləri də var ki, bu xəyanətlər onu hələ də ayaqda saxlayır. İndi keçmiş silahdaşlarından, ən yaxın dostlarından Əli Kərimlinin yanında heç kim yoxdur və onlardan soruşsanız, hər biri Əli Kərimlinin onlara xəyanət etdiyini dilə gətirər. Necə xəyanət edtiyini isə özləri və Əli Kərimli yaxşı bilir...

İndi isə keçək yuxarıdakı sualın cavabına. Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqi ləğv eləmək barədə qərarını Əli Kərimlinin və Cəmil Həsənlinin kontruktiv siyəsəti kimi dəyərləndirmək olarmı? Təbii ki yox. Çünki bu əvvəlcədən planlaşdırılmız bir siyasət idi. Hər şeydən əvvəl Əli Kərimli qorxur. Qorxur ki, daha əvvəl olduğu kimi, hakimiyyətin üzərinə daha çox gedərsə, bu gün əlində olan imtiyazlarıitirə bilər. Qorxur ki, beynini yuduğu gənclər onun ətrafından dağıalr və o tək qalar. Əli Kərimli həmin gəncləri bu gün qurban verə bilməz. Çünki o gənclər avantürist Əli Kərimlinin siyasi həyatının davam etməsinin sığortasıdır və Kərimli bu sığortanı qorumaq üçün belə bir addım atdı.

Bütün hallarda Kərimli növbəti raundda həmin məsum gənclərin mübarizəsini satacaq. Çünki onun da çörəyi məhz başqalarının mübarizəsini sataraq yaşamaqdan keçir. Bu 20 il əvvəl də belə idi. İndi də belədir...

pia.az


Etiket: Əli Kərimli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar