Cümə, 14 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir?” – Qubad İbadoğlu

Bəs onda problem nədədir?...

 

“Mövcud 563 xəstəxana ilə yanaşı, son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib. Onda problem nədədir, niyə çarpayı sayı çatışmır. Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var. Bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur. Onda narahatçılıq nədədir? Məsələ burasındadır ki, xəstəxanaların sayı kimi çarpayıların da sayı şişirdilib. Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpyaların sayını şişirdir ki, büdcədən daha çox vəsait alsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi”.

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Deməli xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir? Deyirlər ki, həkimlər və tibbi bacıları azdır. Rəsmi statistikaya inansaq, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibbi vardır. Tibbi bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir? Göründüyü kimi, resurlsarın idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyada. Buna məsul olan səhiyyə nazirinin görünür ki, başı başqa şeylərə qarışıb” – Q.İbadoğlu qeyd edib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı?

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

Azərbaycan siyasətinin sirrli qapısı - Eldar Həsənov kimdir?

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Nəcməddin Sadıqova qarşı kampaniya niyə dayanmır?

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

Lukaşenko ilə rəqs edən 23 yaşlı deputat: “Bir-birinizin gözünə baxın”

"Eldar Həsənovun qaranlıq bağlantılarının olması ehtimalı çox yüksəkdir" - Natiq Cəfərli

loading...

Ən çox oxunanalar