Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəsis milyonçu, şıltaq sənətkar, əli tapançalı paranoik

Gülüş ustası Lui de Fünesin maraqlı həyatı...

Gülmək insanı stressdən, depressiyaya düşmək təhlükəsindən xilas edir, gülüş zamanı orqanizmdə artıq kalorilər sərf olunur ki, bu da xüsusilə “evdə qal” zamanı kökəlmənin, xüsusilə də piylənmənin qarşısını alır, insan gülən zaman üz dərisində və qarın nahiyəsində əzələlər daima hərəkətdə olur ki, bu, dərinin vaxtsız qocalmasının qarşısını alır, gülüş immun sistemini gücləndirir, insan beyninin gərgirliyini azaldır və s.

Amma ortaya bir sual da çıxır, səbəbsiz gülmək olarmı? Əlbəttə ki, yox. Bəs gülmək bəhanəsini harada axtaraq?

Gülüş mənbəyini əldə etmək yollarından biri də dünyanı güldürən komik aktyorlara, onların yaratdıqları obrazlara müraciət etməkdir. Onlardan biri də dünyanın ən məşhur komediya ustası Lui de Fünesdir.

1914-cü ildə Fransada anadan olan Lui de Fünes təkcə öz ölkəsində deyil, bütün dünyada şöhrət qazanıb.

Dünya kinosunun ən populyar komik aktyoru haqqında ən maraqlı faktları təqdim edirik:

1. Lui de Fines aktyorluq talantı ilə yanaşı, həm də mükəmməl piano ifaçısı olub. O, hətta gənclik illərində ailə ziyafətlərində piano çalmaqla pul da qazanıb.

2. Hədsiz dərəcədə dərin yatan aktyor səhərlər lazımi vaxtda yuxudan oyanmaq üçün eyni vaxta qurulmuş üç zəngli saatdan istifadə edib.

3. Lui de Fünes ömrünün sonuna kimi üstündə tapança gəzdirib. Ona elə gəlib ki, onu kimsə izləyir, təhdid edir.

4. Aktyor tez-tez çəkildiyi filmlərin nümayiş olunduğu konoteatrlara gedib. Bilet kassalarının qarşısında gəzişib. O, bununla biletlərin necə satıldığını özü müşahidə etmək istəyib və bir tamaşaçıların onun haqqında nə danışdığını öz qulağı ilə eşitmək marağında olub.

5. Lui de Fünes məşhur fransız yazıçısı Gi de Mopassanın nəvəsi ilə ailə həyatı qurub.

6. Hələ aktyor kimi tanınmadığı vaxt, sevdiyi qıza (yazıçının nəvəsinə) evlilik təklif edəndə, qızın valideynləri bu təklifi qəbul etmək istəməyiblər. Valideynlər öz qızlarının bəstəboylu, imkansız, heç bir titulu olmayan oğlanla evlənməyinə qarşı çıxıblar. Bu mübahisələrdən və narazılıqlardan aktyor qalib çıxıb, sevgisinə qovuşub.

7. Aktyorun həyat yoldaşının ilk hamiləliyi Parisin işğal ərəfəsinə düşüb. Lui de Fünes həyat yoldaşını normal qidalandırmaq üçün işlədiyi ərzaq anbarından oğurluq edib.

8. Lui de Fünesin qəribəliklərindən biri tək gəzintiyə çıxdığı zaman gördüyü ən adi hadisələri kağıza qeyd etməyi olub. O, xüsuslə qəbirstanlıqda doğmalarını ziyarətə gələn insanları müşahidə edərək, onların üz çizgilərini, hərəkətlərini dəftərçəsinə qeyd edib.

9. Lui de Fünesin iki oğlu olub. O, övladlarının onun yolunu davam etdirmələrini arzulasa da, onlar özlərinə başqa yol seçiblər - biri həkim, digəri isə mülki aviasiyada pilot olub.

10. Aktyorun ən böyük hobbisi bağçılıqla məşğul olmaq, həyətyanı torpaq sahəsindəki güllərə saatlarla qulluq etmək olub. Bu məşğuliyyəti zamanı ona kiminsə yaxınlaşmasını aktyor qadağan edib.

11. Lui de Fünes aktyorluq sənətinə 30 yaşında gəlib. O, buna qədər kuryer, ticarət obyektlərində vitrin düzəldən, səhərlər süd maşınlarında südsatan işləməklə öz maddi ehtiyaclarını ödəyib.

12. Aktyorun sənətdəki karyerasının pik həddi 1960-cı illərə təsadüf edir. Həmkarları arasında ən yüksək qonorarı o alıb. İl ərzində üç-dörd filmə çəkilən Lui de Fünes qısa müddət ərzində aldığı yüksək qonorarlar sayəsində milyonçuya çevrilib.

13. Kifayət qədər varlı və zəngin olmasına baxmayaraq, Lui de Fünes hər qəpiyin hesabını çəkib, alış-veriş zamanı endirim üçün satıcı ilə xahiş-minnətə kifayət qədər uzun vaxt sərf edib.

14. Dünyaya gülüş bəxş etsə də, Lui de Fünes kaprizli və mürəkkəb xarakterli bir şəxs olub. Bu xarakterinə görə, o, hələ gənc yaşlarında olarkən dəfələrlə işdən qovulub, iş yoldaşlarının yaddaşında isə heç də yaxşı adam kimi qalmayıb.

15. Lui de Fünes bir neçə dil bilib, fransız dili ilə yanaşı, o, ispan və ingilis dillərində sərbəst danışıb.

16. Aktyorun 1975-ci ildə səhhətində ciddi problem yaranıb. O, bir il ərzində iki dəfə infarkt keçirib. Həkimlər ona çəkilişlərdən imtina etməsini tövsiyə etsələr də Lui de Fünes qadağalara məhəl qoymayıb.

17. Aktyor 1983-cü ildə, 68 yaşında ürək çatışmazlığından vəfat edib.

18. Hələ sağlığında Lui de Fünes onun haqqında kitab yazılmağına razılıq verməyib. Buna baxmayaraq, onu iki oğlu ölümündən sonra ataları haqda kitab yazmağa qərar veriblər. “Mənim haqqımda çox danışmayın, mənim övladlarım” adlı kitab böyük oxucu auditoriyası qazanıb.

Vaxtınızın və əhvalınızın xoş olması üçün “evdə qal” günlərində Lui de Fünesin çəkildiyi filmləri seyr edin. Hazırda müasir texnologiyalar sayəsində hər birimizin istənilən filmi evdə seyr etmək imkanımız var. “Fantomas”, “Böyük gəzinti”, “Maymaq”, “Jandarm evlənir”, “Əyyaşlar”, “Bəxtəvərlər”, “Böyük tətillər” və aktyorun çəkildiyi digər filmlərdən birini seçin, evinizdə oturaraq koronavirus pandemiyasının yaratdığı COVİD-19 adlı düşmənə gülüşlə qalib gəlin.

İlham Cəmiloğlu(Musavat.com

pia.az


Etiket: Lui de Fünes


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar