Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xərçəngdən qorunmağın 7 yolu - Professor açıqladı

Türkiyəli mütəxəssis professor Aziz Yazar xərçəngdən qorunmağın 7 yolunu açıqlayıb.

Onun sözlərinə görə, xərçəngin 90 faizi ətraf, 10 faizi isə genetik faktorlara bağlıdır: "Ətraf faktorlar arasında daha çox siqaret, artıq çəki, yanlış qidalanma, hərəkətsiz yaşam, alkoqol və infeksiyalar tutur".

Xərçəngdən qorunmağın 7 yolu:

1- TÜTÜN MƏHSULLARINDAN UZAQ DURUN!

Siqaret və digər tütün məhsulları xərçəng riskini artırır. Siqaret çəkmədiyiniz halda tüstüsünə məruz qalanlarda da risk yüksəkdir. Ağciyər xərçənginin 90 faizi siqaret səbəbindəndir. Tütündən qaçmaq və ya siqareti atmaq verəcəyiniz ən önəmli sağlamlıq qərarıdır.

2- İDEAL KİLODA OLMAĞA ÇALIŞIN

Hərəkətsiz yaşam çəki artmasına və köklüyə qapı açır. İdeal çəkidə olmaq xərçəngdən qorunmaqda önəmlidir.

3- SAĞLAM QİDALANIN

Gündəlik qidalanmanızda 4-5 porsluq meyvə-tərəvəzin olmasına diqqət edin. Bununla da ideal çəkinizi qoruyaraq bəzi xərçəng növlərindən də uzaq durarsınız. Lifli qidaları seçin. Araşdırmalara görə, az lifli qida yeyənlərdə bağırsaq xərçənginə daha çox rastlanılır.

4-ALKOQOLDAN UZAQ DURUN

Çox alkoqol istifadəsi immun sistemini zəiflətdiyi üçün xərçəng riskini də artırır. Xüsusən baş-boyun, qaraciyər xərçənginə gətirib çıxarır.

 
5- HƏRƏKƏTSİZLİKDƏN QAÇIN

Fiziki aktivliyin artması ideal çəkinizə nəzarət etməyə kömək edər. Bunun yanında fiziki aktivlik südvəzi və bağırsaq xərçəngi riskini də aşağı edər. Hər gün ən azı yarım saatlıq idmanla məşğul olun.

6-GÜNƏŞDƏN QORUNUN

Dəri xərçəngindən qorunmaq üçün günəş işıqlarının çox olduğu 10.00-16.00 saatları arasında birbaşa günəşə məruz qalmayın. Günəş işığından qorunmaq üçün düzgün geyimlər seçin və qoruyucu kremlərdən istifadə edin.

7- PEYVƏND OLUNUN

Hepatit B peyvəndi ilə qaraciyər xərçəngi riski azaldıla bilər. (medicina.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar