Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xasbulatov: “Əsl zərbəni Azərbaycana qarşı müharibəni başlamış Ermənistan endirdi”

“Bizdə bir şeyi anlamaq istəmirlər: Sovet İttifaqına əsl ölümcül zərbəni Azərbaycana qarşı müharibəni başlamış Ermənistan vurdu”

Bunu “Delovaya qazeta Tatarstana” nəşrinə müsahibəsində RSFSR Ali Sovetinin keçmiş başçısı professor Ruslan Xasbulatov deyib.

Dünən Rusiyada 12 iyun – Rusiya günü qeyd edilib. 1990-cı ildə həmin gün RSFSR-in dövlət müstəqilliyi haqqında bəyannamə qəbul edilib. Bir çoxları düşünür ki. məhz bu sənədin qəbulu SSRİ-nin dağılmasının əsas səbəbi olub. Lakin Ruslan Xasbulatov bununla qəti razı deyil.

“Bəyannamə o dövrün bütün siyasəti kontekstində hazırlanmışdı. Lakin onun təbliğat effekti məzmunundan daha güclü oldu. İctimai fikirdə bu, Rusiyanın ölkənin yerdə qalan hissəsindən qopmaq istəyi kimi qarşılandı. Hər yerdə müstəqilliklərini elan etməyə başladılar. Ətalət qüvvəsi ilə bu, muxtariyyətlərə və vilayətlərə qədər gedib çıxdı”, - o bildirib.

SSRİ-nin dağılmasının Baltikyanı ölkələrin uzaqlaşması ilə bağlı olması sualına cavab olaraq professor Xasbulatov deyib ki. hadisələr başqa məcrada cərəyan edirdi:

“O vaxt Baltikyanı ölkələr hələ uzaqlaşmamışdı. Əsl uzaqlaşma erməni hadisələrindən sonra başladı. Təəssüf ki, bizdə bir şeyi anlamaq istəmirlər: Sovet İttifaqına əsl ölümcül zərbəni ən azı bu cür – silahlı qarşıdurma şəklində iddia edə bilməyəcəyi Dağlıq Qarabağ uğrunda Azərbaycana qarşı müharibəni başlamış Ermənistan vurdu. Zaqafqaziya cəbhəsi dağıldı: əksəriyyət Ermənistanın tərəfinə keçdi, digərləri Azərbaycanı dəstəklədilər. Belə bir vəziyyətdə ittifaq rəhbərliyi münaqişə tərəflərinə qarşı dözülməz dərəcədə səbrlə yanaşdı - əslində isə sərt şəkildə qayda-qanun yaratmaq lazım idi. Çox sərt – odlu silahlardan istifadə etməklə”.

Xasbulatovun sözlərinə görə, Qarabağ münaqişəsindən sonra sülh bərqərar olmadı.

“Əksinə, bu hadisələrdən sonra Baltikyanı ölkələr anladılar ki, Moskvaya elə də boylanmadan hərəkət etmək olar. O vaxta qədər Baltikyanı ölkələrin siyasətçiləri və fəalları özlərini necə aparırdılar? Xatırlayırsınızsa, ümumittifaq qurultayında onların rəhbərləri qışqırırdılar: “Bizə iqtisadi islahatlar verin! Öz imkanlarımızı isə özümüz də bilirik!” Başqa sözlə. heç bir siyasi məqsəddən söhbət getmirdi. Bircə söz də yox idi! Lakin ermənilər Qafqazda vəziyyəti partlatdıqdan sonra Baltikyanı ölkələrdəki siyasətçilər fikirləşdilər ki, Qorbaçov boş adamdır, zəifdir, bizə heç nə edə bilməz. Bax, hər şey buradan başladı! Sonra Zviad Qamsaxurdia gəldi, Tbilisi hadisələri baş verdi”, - o qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar