Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması alçaqlıqdır” - AMİP-dən sərt bəyanat

“Xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması alçaqlıqdır”. Ovqat.com xəbər verir ki, bu sərt bəyanatla AMİP çıxış edib.
 
Ötən gün Rusiya Hərbi Dəniz Donanmasının Bakıda rəqqasələrlə qarşılanmasını bu cür qiymətləndirən partiyanın bəyanatında deyilir:

Azərbaycan Milli İstiqlal Partiyasının bəyanatı

“Məlum olduğu kimi, dünən Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi Bakıya gəlib.

Qarşılanma törənində xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması hiddət doğurur və bu kimi hadisələrin ölkəmiz adına utancverici hal olduğunu bəyan edirik. Hər hansı ölkəyə məxsus ordunun gəliş məramının nə olmasından asılı olmayaraq bu şəkildə qarşılanması, Azərbaycan qadınının başqa ölkənin hərbi qulluqçuları qarşısında rəqs etməsi alçaqlıqdır. 

Başa düşmək lazımdır ki, gələnlər hər-hansı bir ölkənin mədəniyyət klubunun təmsilçiləri deyil, hərbçilərdir. Ordu oyunlarını rəqs oyunları ilə,  “Dəniz Kuboku” müsabiqəsini rəqs müsabiqəsi ilə səhv salanlar bilməlidirlər ki, Müdafiə Nazirliyinin vəzifəsi rəqs müsabiqələri və ya konsert proqramlarının hazırlanması deyil, ordunun döyüş hazırlığının möhkəmləndirilməsi, ən başlıcası isə düşmənin məhv olunması üçün əməliyyatların hazırlanması və keçirilməsindən ibarətdir.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu şəkildə qarşılanma üçün göstəriş verən rəsmi şəxsləri bu biabırşılığa son qoymağa çağırır və onların sərt şəkildə cəzalandırılmasını tələb edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar