Çərşənbə, 30 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar.

PİA.az xəbər verir ki, musavat.com-a mötəbər qaynaqlardan verilən məlumata görə, xarici işlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-ü və 10-da nazirliyin məsul şəxslərinin həbsindən sonra(Bax bu linkə: https://musavat.com/news/dtx-xin-de-heyata-kecirdiyi-emeliyyatin-goruntulerini-yaydi-video_715714.html) nazirlikdə ciddi dəyişiklilər olacağı gözlənilən idi. Elmar Məmmədyarov Ermənistan-Azərbaycanla sərhəddə baş verən erməni təxribatları zamanı “evdən işlədiyi” üçün işdən qovuldu. Amma aydın idi ki, bu həbslər Məmmədyarovun taleyini zatən həll etmişdi.

Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla əməkdaşlarının həbsi nazirlikdə bu sahələri birbaşa kurasiya edən nazir müavinlərinin də ciddi cavabdehlik daşıyacağlarına işarə idi.

Məlumdur ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyib. Onu az-az hallarda Bakıya gələn əcnəbi qonaqları qarşılayanlar sırasında görmək mümkün idi.

Nadir Hüseynov

Nazirliyin İşlər İdarəsinin müdiri, həbs edilən Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə isə başqa bir nazir müavini-Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.

Ramiz Həsənov

R.Həsənov Azərbaycan icitmaiyyətinə tanış simadır. 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. Çünki son illər komitənin məsul şəxslərinin sahibkarları təhdid edərək pul yığmasına, “haqq” verməyənlərin isə qapılarına qıfıl vurmasına dair məlumatların da ölkə rəhbərliyinə çatdırıldığına dair iddalar vardı. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edildi. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. Jurnalistlərin yaxşı tanıdığı, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavinin qaynıdır. Hazırda o da Braziliyada səfirdir.

Hələ ötən ay musavat.com bu mövzuya diqqət edərək adıçəkilən nazir müavinlərinin başlarının dərddə olması barədə yazı dərc etmişdi. Bildirilirdi ki, Məmmədyarov “mən ilin böyük hissəsini xarici səfərlərdə oluram, işləri müavinlərim idarə edir” deyərək, həbslərlə bağlı məsuliyyəti müavinlərinə “yükləyib” ki, haqsız sayıla da bilməz. Ehtimal etmək olardı ki, bu həbslərlə əlaqədar hüquq-mühafizə orqanlarının nazir müavinlərinə də ciddi sualları olacaq. “O da istinsna deyil ki, artıq anonsu verilən davam edəcək həbslər fonunda nazir müavinləri də ya istintaqa cəlb edilsin, ya da vəzifələrini itirsinlər” deyə, xəbərdə bildirilirdi.

İndi təsdiqlənir ki, məlumatı verən mənbə yanılmayıbmış… 

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb - Video

Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - Video

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb - Fotolar

Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar

Paşinyan Rusiyaya gedəcək erməni nümayəndənin səfərini ləğv etdi - Nələr baş verir?

"Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

Ermənilər cəbhəyə gedən Kamil Zeynallını hədəf aldı - Foto

loading...

Ən çox oxunanalar