Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdə təhsil alacaq şəxslərin ilk siyahısı təsdiqlənib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib.

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq
68 min müəllim diferensial əməkhaqqı sisteminə cəlb olunacaq
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz dünyanın "Bilkent University", "Koç University", "Middle East Technical University", "University of Bonn", "University of Freiburg", "Stanford University", "New York University", "Texas A&M University", "George Washington University(DC)", "Imperial College London", "University of Cambridge", "King’s College London", "London Business School", "UCL", "University of Warwick", "University of Strasbourg", "University of Tartu", "Sapienza University of Rome", "Politecnico di Milano", "University of Toronto", "McGill University", "University of British Columbia", "University of Amsterdam", "Korea Advanced Institute of Science and Technology (KAIST)", "Nanyang Technological University, Singapore", "Monash University", "University of Sydney", "KU Leuven" kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsini və magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar