Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Xankəndinə çatdım, soruşdu ki...” – Eldar Quliyev

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün düşməni sülhə məcburetmə əməliyyatı keçirir. Bu tarixi dönəmi necə qiymətləndirirsiniz?

- Bu tarixi dönəmi xalqımız böyük sevinc və yüksək mənəvi vətənpərvərlik sevgisi ilə qarşılayır. Artıq 30 ilə yaxın idi ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılırdı. Hər bir azərbaycanlı ailəsi gözləyirdi ki, torpaqlarımız işğaldan azad edilsin. Az qala bu illər ərzində insanlarda bir inamsızlıq yaranmışdı. Çünki münaqişənin həlli istiqamətində aparılan danışıqlar heç bir nəticə vermirdi. Son vaxtlar baş verən hadisələr onu göstərirdi ki, Dağlıq Qarabağın həlli ilə bağlı aparılan danışıqların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan heç bir halda zəbt etdiyi Azərbaycan torpaqlarını təhvil vermək istəmirdi. Ona görə də, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Qarabağın azad edilməsi əməliyyatı xalqımızda böyük çoşqu və sarsılmaz birlik yaradıb. Bu gün hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşərək monolit bir qüvvəyə çevrilib. Ordumuzun Qarabağda həyata keçirdiyi uğurlu döyüş əməliyyatları sözsüz ki, bir sıra qüvvələri, dövlətləri narahat edib. Ona görə də son dönəmlər Azərbaycana qarşı təzyiq etmək istəyirlər. Amma bütün bunlara baxmayaraq, dövlətimizin rəhbəri bu qüvvələrə qarşı möhkəm iradə və xalqımızın əzmini nümayiş etdirir.

- Ermənistan Azərbaycanın əks-hücum əməliyyatı qarşısında aciz qaldı. Düşmən belə bir həmləni gözləyirdi?

- Ermənilər inanmırdılar ki, azərbaycanlılar öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücuma keçə bilər. Çünki onlar müəyyən dairələrin verdiyi vədlərə əsasən çox arxayın düşmüşdülər. Ermənilər bu gün də onlara dəstək verən ölkələrə arxayındırlar. Eyni zamanda onlar öz lobbi təşkilatlarına da güvənirdilər ki, nə isə baş versə, yardım ala biləcəklər. Bilirsiniz ki, ermənilərin tarix boyu dövləti olmadığına görə onlar lobbi təşkilatlarına, bu formada birliyə əsaslanıblar. Ona görə də, ermənilər çalışıblar ki, lobbiçilikdə hər kəsdən öndə olsunlar, mövcud olduqları ölkələrdə dövlət siyasətinə belə təsir etsinlər.

- Erməniçilik anlayışını necə izah etmək olar?

- Bir çox hallarda ermənilərin özləri də etiraf ediblər ki, onlar xalq deyillər, köçəri bir etnik qrup kimi yaşayıblar. Bir çox mənbələrdən bəlli olur ki, ermənilər qaraçılarla yunanların qarışığından yaranıb. Sonradan isə Balkanlardan üzü bu tərəfə yayılmağa başlayıblar. Ona görə də, erməni xalqı haqqında konkret bir anlayış və dəqiq bir mənbə yoxdur. Onlar müəyyən dövr mövcud olmuş imperiyaların ucqarlarında yaşamaq icazəsi alsalar da, sonradan xəyanətlərinə görə müxtəlif ərazilərə qovulublar.

- 1918-ci ildə Bakının azad edilməsi əməliyyatında sizin babalarınızın iştirakı barədə danışmanızı istərdik...

- Əslən bakılıyam, babamgil də Bakıda yaşayıblar, onlar 9 qardaş olublar. İkisi uşaqlıq yaşlarında dünyasını dəyişib, 7 qardaş sağ qalıb. Bakı azad olunarkən mənim babalarım böyük yardımlar ediblər. O vaxt Bakını azad edən Qafqaz İslam Ordusuna bakılılar kimi mənim babalarım da qoşulub. Ermənilərin, daşnakların Zabrat-Maştağa arasında yerləşən körpüdən üzü Kürdəxanıya qədər olan səngərlərdə ermənilərin qarşısı kəsilmişdi. Nuru paşanın başçılıq etdiyi dəstəyə kömək üçün Nardaran-Bilgəh istiqamətindən gəmi ilə bir general da gəlmişdi. Gecələr erməni səngərlərinə girərək onların toplarını, silahlarını xarab edirmişlər ki, ondan istifadə edə bilməsinlər. Hətta orada rütbəli bir erməni zabitini bizimkilər gecə əsir götürüb kisəyə salmışdılar. Sonradan onu aparıb türk paşasına təhvil vermişdilər. Türk paşası da onları bu hərəkətinə görə təltif edibmiş. Babamın Ağaverdi adlı qardaşı həmin döyüşlərdə şəhid olub. Ona görə də, sonradan ermənilərə qarşı Bakı kəndlərində hər zaman xüsusi bir nifrət olub.

Sovet hökuməti qurulduqdan sonra Bakının ayrı-ayrı yerlərində ermənilər məskunlaşdırıldı. Amma Bakının Maştağa kəndində heç vaxt ermənilərin məskunlaşmasına yerli camaat razılıq verməyib. Yeganə Bakı kəndi idi ki, bir nəfər erməni belə burada məskunlaşmadı. Maştağa kəndi Bakının azad olunmasında ermənilərlə döyüşlərdə şəhidlər verdiyinə görə onları görməyə gözləri yox idi.

- Ermənilər sizin Xankəndində işləməyinizə necə mane oldular?

- Gənclik dövrümüz, tələbəlik illərimiz sovet dönəminə təsadüf edir. Ruslar, ermənilər, digər millətlərin nümayəndələri birlikdə yaşayırdı. O vaxt ermənilər çox açıq şəkildə ayrı-seçkilik etməyə cəsarət etmirdilər. Xatirimdədir, bir dəfə qaradərili bir tələbəni ermənilər öldürmüşdülər. Amma onlar üzdə hər zaman özlərini yazıq, fağır kimi göstərirdilər. Buna baxmayaraq ermənilər daxillərində hər zaman bizə qarşı nifrət hissi ilə yaşayıblar. Bunu biz hiss edirdik. Universiteti bitirdikdən sonra təyinatımı Qarabağa verdilər. Qarabağ mənim üçün də maraqlı bir yer idi. Heç vaxt orada olmamışdım. Xankəndində, Şuşada olmaq mənə maraqlı gəlirdi. O vaxt Xankəndidə "Azərittifaq"ın bir şöbəsi yerləşirdi. Amma onlar ayrıca bir təşkilat idi. Mənim təyinatımı oraya göndərmişdilər. Getdim çatdım Xankəndinə, idarənin şöbə rəisinə göndərişimi təqdim etdim. O, mənimlə rus dilində danışırdı. Sonra məndən soruşdu ki, ermənicə bilirsən? Dedim axı mən ermənicə niyə bilməliyəm ki? Mən Azərbaycan, rus dillərini bilirəm. O cavab verdi ki, sən burada işləyə bilməyəcən. Dedi ki, sən hesabatları, iş sənədlərini erməni dilində yazacaqsan. Ona görə də, məni işə götürmədilər. Bakıya qayıdıb Elmi Təqdiqat İnstitutunda işləməyə başladım. Elə o dövrdən də məlum oldu ki, buradan göndərilən mütəxəssisləri ermənilər Xankəndində işə qəbul etmir. İrəvandan gələnləri qəbul etsələr də qeyri-erməni millətindən olanları geri qaytarırdılar. Onların məqsədi də o idi ki, orada daha çox ermənilərin məskunlaşmasına nail olsunlar.

- Yəni ermənilər bununla etnik tərkibi dəyişməyə çalışırdı.

- Bəli, Azərbaycanda, öz torpağımda erməni məni işə götürmürdü. Bakıdan, digər yerlərdən gedən bütün azərbaycanlıları, hətta göndərişlə gedənləri belə geri qaytarırdılar. Amma Ermənistandan gələnlər orada asanlıqla işlə təmin olunur və yerləşdirilirdi. Məqsədləri də orada ermənilərin sayının çoxalmasına nail olmaq olub.

- Bəs bu ayrı-seçkiliyə görə, sovet rəhbərliyinin reaksiyası olurdumu?

- Nə sovet hökuməti, yaxud hansısa nazirlik, komitə Xankəndinə zəng edib demirdi ki, sən niyə erməni dilində rəsmi dövlət idarəsində iş aparırsan?

- Bəs ermənilərə belə bir cəsarəti kim vermişdi?

- Kreml onların arxasında dayanırdı. O vaxt hətta Qafqazda yeganə beynəlxalq əhəmiyyətli aeroport ancaq İrəvanda idi. Tbilisidə, Bakıda belə bir əhəmiyyətli aeroport yox idi.

- Sovetlərdə erməni sevgisi haradan qaynaqlanırdı?

- Mikoyanlardan, Şaumyanlardan, Baqramyanlardan qaynaqlanırdı. Mikoyan “26”ları satıb özü qaçıb getmədi? Həzi Aslanovu öldürdülər ki, çox qabağa getməsin, bütün titulları özləri alsın. Bundan sonra Baqramyan marşal adı aldı.

- Ermənilərin Qafqaza gəlişi hansı dövrə təsadüf edir?

- Biz tələbə olanda ermənilərin bu əraziyə yeni gəlməsi ilə bağlı faktlar daha çox qabarmışdı. Amma sonradan sovet ailəsi adı altında millətlərin adı o qədər də diqqət çəkmirdi. Hətta bir dövr pasportlardan milli kimliklərin silinməsi ilə bağlı fikirlər də mövcud idi. Təklif vardı ki, bütün pasportlarda sovet vətəndaşı qeyd olunacaq. Amma buna etirazlar oldu deyə reallaşmadı. Hətta Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə gələnə qədər Azərbaycanda bir dildən, rus dilindən istifadə olunurdu. O gələndən sonra Azərbaycan dilindən geniş istifadə olunmağa başladı. Həmin dövrlər yaxşı yadımdadır. Ermənilər Qarabağa gəlmələrinin 150 illiyi ilə bağlı bayram tədbirləri keçirirdilər. Bununla bağlı bir abidə də qoymuşdular. Həmin abidədə 3 dildə yazı qeyd olunmuşdu. Azərbaycan, rus, erməni dilində yazılmışdı ki, ermənilərin Azərbaycana gəlmələrinin 150 iliyi münasibəti ilə...Qarabağda vəziyyət dəyişəndən sonra ermənilər o abidəni gizlətdilər və tapılmadı. Tarixdən anlayışı olan hər kəs bilir ki, İrəvan və indiki Ermənistan ərazisi heç vaxt erməni torpağı olmayıb. Hamıya bəllidir ki, ermənilər hər bir tarixi faktı saxtalaşdırır. Hətta o dövr İrəvanda da belə bir gülməli abidə qoymuşdular ki, ermənilərin bu ərazilərə gəlməsinin 2500 illiyi münasibəti ilə... İddia edirdilər ki, bu daşı onlar qazıntılar zamanı İrəvan ərazisindən tapıblar. Sonradan Urartu dövlətinin ərazisinin məhz indiki Ermənistan ərazisinə təsadüf etməsi ilə bağlı uydurmalar səsləndirməyə başladılar. Onlar o qədər yalan danışırlar ki, sonra yalanlarına özləri də inanmağa başladılar. Bütün tarixçilər də vurğulayırlar ki, ermənilər hər zaman uydurmalarla yaşayıblar. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycan nümayəndə heyəti olaraq 2018-ci biz İrəvanda keçirilən tədbirdə iştirak etdik. Açığı, həmin tədbirdə iştirak etmək istəmirdik. Çünki ermənilərlə hər zaman tədbirlərdə qarşıdurma baş verir. İrəvanda tədbirdən sonra ermənilər bizi guya muzey dedikləri bir yerə apardılar. Orada kiçik bir yerdə xalça asmışdılar. Bildirdilər ki, guya bu xalça 4 min illik tarixi olan erməni xalçasısıdır. Bütün nümayəndə heyəti sözsüz ki, bu gülünc təqdimata istehza ilə yanaşdı. Hətta bir gürcü məndən soruşdu ki, 4 min il bundan qabaq erməni olub ki, xalçası da olsun?!

- Ermənilərin Qarabağa iddiaları hansı dövrdə güclənməyə başladı?

- Qeyd etməliyəm ki, 1950-60-cı illərdə də hər zaman bu məsələ qaldırılırdı. Hətta Mircəfər Bağırovun dövründə dəfələrlə bu iddianı günəmə gətirmişdilər. Moskvada olan Mikoyanlar hər zaman fürsət düşdükcə Qarabağ məsələsini qabardırdılar. Dərdləri də o idi ki, Qarabağ Ermənistana verilsin. Axı bu necə ola bilərdi? Çünki bu, sırf Azərbaycan tarixidir, Azərbaycan ərazisidir. Onu da vurğulayaq ki, o dövrlər Qarabağın və digər ərazilərin ermənilərə verilməsinə maneə olan şəxslərdən biri də Mircəfər Bağırov olub. Ermənilər nə qədər çalışsalar da Stalin buna razılıq vermədi. Sonradan Xruşovun dövründə də, ermənilər bu məsələni qaldırdılar. O zaman buna nail ola bilmədilər. Brejnevin dövründə isə onların əli-qolu bağlandı. Çünki Ulu Öndər Heydər Əliyev dövlətin başına keçdikdən sonra ermənilər öz yerlərinə çəkildilər. Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra yavaş-yavaş ağıllı, bilikli, savadlı adamları sıxışdırmağa başladılar. Çünki Qorbaçov siyasətdən kənar, Raisanın yaylığının altında böyümüş bir adam idi. Arvadının sözü ilə oturub-duran adama nə deyəsən? Qarabağı da ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi. O, Stavrapolda işləyərkən ermənilərlə “dost”laşmışdı. O dövr Andropov da da ora gedirdi. Kremlin bütün sanatoriyaları o ərazilərdə idi. Ermənilərlə də münasibət görünür, o vaxt yaranıb. Hətta Qorbaçovun köməkçisi Aqambekyan Fransada çıxışında bildirmişdi ki, Qarabağ məsələsi gündəmdədir.

- Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyindəki fəaliyyətini necə xatırlayırsınız?

- O dövr Ulu Öndər Heydər Əliyevi ən ağır sahələrə rəhbər göndərirdilər. Bilirdilər ki, yalnız o, bu işlərin öhdəsindən gələ biləcək. Siyasi büroda da Ulu Öndər Heydər Əliyev kimi güclü bir lider mövcud deyildi. Onun rəhbərliyə seçilməməsinin səbəbi isə Primakov oldu. O bildirdi ki, yaşı çoxdur, ona görə gəlin, Qorbaçovu seçək. Qorbaçov da ali sovetin sədrliyindən sonra onu işdən azad etdi. Primakov memuarında yazıb ki, həyatımda bir dəfə səhv etdim, o da Qorbaçovu rəhbərliyə gətirdim. Hətta sonradan Ulu Öndər öz xatirələrində də bunu qeyd etmişdi. Tixanov da Heydər Əliyevə bildirmişdi ki, biz sənin haqqında müsbət düşünürdük, amma bəzi yoldaşlar buna razı olmadılar.

- Eləcə də ermənilər Heydər Əliyevin sovet rəhbərliyində olmasına qisqanclıqla yanaşırdı.

- Ulu öndər Heydər Əliyev 1982-ci ilin noyabrında vəzifədə olana qədər ermənilərdən heç bir səs çıxmırdı. Heydər Əliyev vəzifədən gedən kimi ermənilər məsələ qaldırdılar ki, biz Qarabağ erməniləri olaraq ayrılmaq və Ermənistanın tərəfinə keçmək istəyirik. Hətta İrəvanda, Ermənistanda olan azərbaycanlıları az qala bir günün içində yük vaqonları ilə ölkədən çıxarmağa başladılar.

- Bəs Ermənistandan çıxarılan azərbaycanlıların Xankəndində, Qarabağda yerləşdirilməsinə kimlər mane oldu?

- O vaxt Bakıda birinci katib işləyən Fuad Musayev də dedi ki, Ermənistandan gələnləri Qarabağda yerləşdirək. Çünki gələnləri Abşeron otelində və digər yerlərdə yerləşdirmişdilər. Razılıq o idi ki, onlar həmin bölgəyə daha yaxın bir ərazidən gəldikləri üçün çətinlik olmayacaq. 200 mindən artıq azərbaycanlı əhalinin orada yerləşdirilməsi nəzərdə tutulurdu. O vaxt respublikaya rəhbərlik edən Kamran Bağırov dedi ki, Moskva buna icazə verməz. Həmin azərbaycanlılar Qarabağda yerləşdirilsəydi, orada azərbaycanlıların sayı artacaqdı.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Razılaşma pozulur? - Ermənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarmayacaq...

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay