Bazar ertəsi, 10 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq...

“Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil yollarının reyestri və layihə simmeta sənədlərinin iqtisadi analizi şöbəsinin rəisi Qəzənfər Səfərov jurnalistlərə açıqlamasında deyib.

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq.

Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Yol geyiminin konstruksiyası- əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr, əsasın üst layı 18 santimetr və asfalt beton iki qatda vurulacaq. Həmçinin, 7 santimetr ortadənəli asfalt beton, 5 santimetr xırdadənəli asfalt beton olacaq. Layihənin növbəti ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranla sərhəddə həlak olan mayor başçının əmisi oğludur

Toyda qardaşın hərəkəti gündəm oldu - gəlinin arxasınca... - Video

Ağır qəza: biri azyaşlı olmaqla 2 nəfər ölüb, yaralılar var- Yenilənib, Foto

""Uşaqpulu verilsin!" demək asandı, sənəd, FAKT qoyun ortaya..."

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

Kiyev meriyasının milyonlarını mənimsəyən azərbaycanlı iş adamı kimdir?

İldırım vurması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

Şifrəsiz "Wi-Fi"lara qoşulanlara xəbərdarlıq - Bank kartınızın məlumatları oğurlana bilər

Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq

Ermənistan müxalifətinin lideri kütləvi itaətsizlik aksiyalarına çağırıb

Ən çox oxunanalar