Xankəndi XIX əsrin ortalarında Qarabağ xanlığının 1805-ci ildə Rusiya İmperiyasına birləşdirilməsindən, 1822-ci ildə xanlığın ləğvi və Rusiya vilayətinə çevrilməsindən sonra praktiki olaraq öz istirahət iqamətgahı dəyərini itirən kiçik bir kənd idi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci illərdə buraya gələn əhalinin yerləşməsi üçün kənd sürətlə böyüyərək şəhərə çevrilməyə başladı.
Şəhərdəki simvolik binalarının əksəriyyəti 1950-ci illərdə inşa edilib. 1960-cı illər Xankəndidə inşaatın çiçəkləndiyi nəzərə çarpır. Bu on ildə eyni zamanda, şəhərdə bir çox abidə və sənaye müəssisəsi də inşa edilib.
1960-cı illərin əvvəlləri. Kafe
1960-cı illərin əvvəlləri. Kolxoz bazarı
pia.az