Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

Dağlıq Qarabağdakı uğursuzluqlar Ermənistan liderinin istefasına səbəb ola bilər. Baş nazir Nikol Paşinyanın müharibədə qələbəyə ehtiyacı var, əks-təqdirdə ölkəsinin xalqı onu bağışlamayacaq.

PİA.az xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Moskvadakı Ali İqtisadiyyat Məktəbinin dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsinin dekan müavini Andrey Suzdaltsev bildirib.

“Buna görə də onun yalnız qələbəyə ehtiyacı var. Çünki çox insan həlak olub, buna görə kimsə cavab verməlidir. O, hazırda çıxılmaz və ümidsiz, bir növ məhkum olunmuş vəziyyətdədir”, – deyən A.Suzdaltsevin sözlərinə görə, ölkə xalqı başqa nəticəni qəbul etməyəcək və rəhbərliyi devirməyə çalışacaq.

“Vəziyyət ermənilərin Xankəndini itirməsinə gətirib çıxarsa, qaçqın dalğası 100 mindən çox, 120-150 min olsa və daşqın kimi İrəvanı və Ermənistanın digər şəhərlərini bassa, o zaman Paşinyan avtomatik olaraq suverenliyin müdafiəçisindən uduzan tərəfə çevriləcək”, – deyə o bildirib.

Andrey Suzdaltsev Ermənistanda bir sıra müxalif qüvvələrin meydana çıxdığını bildirib. Ekspert Ermənistanda artıq inqilab ənənəsinin olduğunu da qeyd edib.  (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar