Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanım rektor haqda yeni ittihamlar: BSU-nun kafesini 3 min manata icarəyə verib, oğlunu...

Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlamasının nəticəsi açıqlanandan sonra bu qurum və rəhbərliyi ətrafında müzakirələr çoxalıb

PİA.az bildirir ki, HP-nin yoxlaması zamanı universitetdə bir sıra pozuntular və korrupsiya halları aşkarlanıb. Yoxlamanın nəticələrinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilir.

AFN-in redaksiyasına daxil olan məlumata görə isə BSU-da korrupsiyanın miqyası, rektor Nurlana Əliyevanın əməlləri haqda yeni bilgilər daxil olub. Bildirilir ki, N.Əliyeva universitetin yeməkxanasını 3000 min manata icarəyə verib:
“Kağız üzərində icarəhaqqı 500 manat yazılır, lakin N.Əliyeva təzə rektor təyin olunandan sonra faktiki olaraq yeməkxananı işlədən şəxsdən 3 min manat alırdı. İndi bəlkə də qalxıb rəqəm”.

Mənbənin bildirdiyinə görə, N.Əliyeva Milli Məclisdə şöbə müdirinin müavini işləyən kiçik oğlu İlqar Əlizadəni Bakı Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinə müdir düzəltdirib:
“Bildiyiniz kimi, N.Əliyeva MM-in komitə sədri Hadı Rəcəblinin qudasıdır. Bu qudalıq Nurlana xanımın qarşısında çox qapılar açıb. O artıq hər hansı qanunsuz addımı atmaqdan çəkinmir. Əslində Hesablama Palatasının açıqladığı rəqəmlər, pozuntular xanım rektor haqqında cinayət işinin açılması üçün yetərli idi, amma göründüyü kimi, ortada heç bir tədbir görülməsi haqda məlumat yoxdur”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar