Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Foto

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır duz gölünün hazırkı ekoloji vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə gələrək gölün ətrafına baxış keçirib.

İcra Hakimiyyətindən verilən məlumata görə, Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 2018-ci ildə 14,6 km uzunluğunda müxtəlif diametrli xətt çəkilib və nasosxana inşa olunub. Xətt çəkilişi işləri sifarişçi “Azərsu” ASC-nin verdiyi layihə əsasında podratçı “ArchiCo” MMC tərəfindən həyata keçirilib.

Verilmiş layihəyə uyğun xətt çəkilişi işləri normal səviyyədə başa çatdırılaraq, 11 iyul 2019-cu il tarixdə “Azərsu” ASC-yə təhvil verilib. Lakin layihə duz gölünə axıdılan çirkab sularını tam əhatə etməyib. Belə ki, Masazır kəndi istiqamətində “Zəli gölü” adlanan ərazidən qrunt suları və eləcə də ətraf ərazilərdən gölə axıdılmalar nəticəsində göl daşaraq açıq şəkildə Masazır duz gölünə axır. Bu ərazi əvvəl çəkilmiş layihə üzrə kanalizasiya xəttinin başlanğıc nöqtəsinə 50-60 metr məsafədə olmasına baxmayaraq, suyun səviyyəsinin çəkilmiş xətdən bir neçə metr aşağıda olması səbəbindən ərazidən suların yığılması mümkün olmayıb. Mövcud vəziyyətlə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən 22 may 2020-ci il tarixli 1183 saylı məktubla “Azərsu” ASC-yə müraciət edilib. Masazır duz gölünün çirkab suları və digər tullantılarla çirklənməsi ilə bağlı 18 sentyabr 2020-ci il tarixdə “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları tərəfindən də əraziyə baxış keçirilib.

İ.Gülməmmədova Abşeron Sukanal idarəsinin əməkdaşları ilə ərazyə baxış keçirdikdən sonra çirkab suları və digər tullantılarla çirklənməsinin qarşısının alınması istiqamətində görüləcək işləri təhlil edib. Bununla bağlı Masazır və Novxanı kəndləri ərazisində 2018-ci ildə çəkilmiş kanalizasiya xətti layihəsinin davam etdirilərək yeni nasosxana inşa olunmasını və 50-60 metr məsafədə öz axını ilə çəkilmiş kanalizasiya xəttinə birləşmənin verilməsi məqsəduyğun hesab edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu məhv edildi – Video

Rusiyalı ekspert: "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər"

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

Azərbaycanın şəhər və rayonlarına atəş açan düşmən məhv edilib - Video

loading...

Ən çox oxunanalar