Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanım icra başçısı məscidi ziyarət etdi - Fotolar

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər “Cümə” məscidinin ərazisində inşa edilməkdə olan Mərasim Evində aparılan inşaat işlərinin gedişi ilə tanış olub

PİA.az xəbər verir ki, kompleksin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilərək bildirilib ki, daxili imkanlar hesabına inşa edilən Mərasim Evi bu istiqamətdə olan çətinliklərin aradan qaldırılmasına kömək olacaq. 

Qeyd edilib ki, 2 mətəbədən ibarət olan Mərasim Evinin birinci mərtəbəsində artıq son tamamlama işləri aparılır. 

Tikinti işləri ilə tanışlıqdan sonra icra başçısı dindarlar və Xırdalan ağsaqqalları ilə görüşüb. Görüşdə respublikada aparılan islahatlar, yenidənqurma layihələri barəsində danışan İ.Gülməmmədova Abşeron rayonunda həyata keçirilən böyük abadlıq-quruculuq işlərindən söz açıb. 

Cənab Prezident İlham Əliyevin sərəncamı və tapşırıqları ilə Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yeniləndiyini önə çəkən başçı şəhərin avtomobil yollarına asvalt örtüyünün vurulması ilə bağlı cənab Prezidentin sərəncam imzaladığını vurğulayıb. Bütün bu layihələrin Xırdalanın gələcək inkişafına böyük töhvə verdiyini söyləyən İ.Gülməmmədova Abşeron əhalisinin sayının artaraq 500 mini ötdüyünü qeyd edib. 

Onun sözlərinə görə, əhalinin artımı ilə əlaqədar yaranan təlabatları qarşılamaq üçün lazimi infrastruktur layihələri həyata keçirilir.

Öz növbəsində rayon ağsaqqalları və dindarlar savab əməllərə, milli-dini dəyərlərimizin qorunub saxlanılmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə razılıqlarını bildirdilər, ən xoş arzularını ifadə etdilər. 

Sakinlər Xırdalanın inkişafı istiqamətində ölkə başçısının verdiyi sərəncam və tapşırıqların böyük əhəmiyyət daşıdığını qeyd edərək rayonun günü-gündən inkişaf  etdiyini qeyd ediblər. 

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar