Çərşənbə axşamı, 22 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Xameneinin istefası tələb edilir – İran

İranın Ali dini lideri Ayətullah Əli Xameneinin istefası ilə bağlı çağırış məktubuna imza atmış daha bir nəfər, Abbas Vahidian Şahrudi həbs edilib, insan haqları müdafiəçiləri bildirir

Onun insan haqları müdafiəçisi və yazıçı olduğu deyilir. Cənab Vahidian bazar günü Məşhəd şəhərindəki evində həbs olunub, bu barədə Hrana saytı yazır.

O, bundan əvvəl də, keçən ilin oktyabr ayında İranın “milli təhlükəsizliyinin əleyhinə fəaliyyətdə” ittiham olunaraq həbs edilib və dekabr ayında zaminə buraxılıb, BBC News Farsca saytı yazır.

Ayətullah Əli Xameneinin həbsi tələbi ilə məktubu bir həftə bundan əvvəl bir qrup insan haqları fəalı və yazıçı imzalayıb. Onların bəziləri Məşhəddə həbs edilib.

Məktuba imza atmış şəxslər İran İslam Respublikası rəhbərliyini istefasını və ölkə konstitusiyasına dəyişikliyi tələb edirlər.

Onlar “sistemli və məsuliyyətsiz tiranlığın” İranda qeyri-sabit vəziyyətə yol açdığını bildirirlər. (BBC Azərbaycan)

pia.az


Etiket: Xamenei İran

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rusiyanın “Vaqner” muzdluları Azərbaycana niyə və hansı adla gəlib?

Tovuz şəhidi ilə vidalaşır - Yenilənib - Foto, Video

Qəndildən Dağlıq Qarabağa PKK-ASALA-SEPAH marşrutu – Daşın altından yenə İran çıxdı – Şok məlumatlar

Mübariz Mənsimovla Fərhad Əhmədovun yeni gizli əlaqələrini üzə çıxıb

Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır

““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli

Karyerasına atası son qoydu, dostları nankor çıxdı... 

Koronavirusa yoluxan müəllim və şagirdlərin sayı açıqlandı

loading...

Ən çox oxunanalar