Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xamenei benzinin bahalaşmasını dəstəkləyib, polis 40 aksiya iştirakçısını saxlayıb

İran Ali dini lideri Əli Xamenei hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib...

APA-nın xəbərinə görə, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

Əli Xamenei bildirib ki, hakimiyyətin qolları ekspertlərin dəstəklədiyi qərarı qəbul edib və bu qərar icra olunmalıdır.

İSNA agentliyi isə polisin Yəzd şəhərində benzinin bahalaşması əleyhinə keçirilən aksiyalara qatılan 40 nəfəri saxladığı barədə məlumat yayıb. Şəhər prokuroru bildirib ki, saxlanılan şəxslər vandalizmə yol verib, hücum çəkərək polis əməkdaşlarına ağır xəsarət yetiriblər. Prokuror saxlanılanların əksəriyyətinin Yəzd şəhər sakinləri olmadığını da söyləyib.

"RİA Novosti" agentliyi noyabrın 15-də başlayan aksiyalar zamanı 1 nəfərin öldüyü barədə məlumat yayıb.

Qeyd edək ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

Aksiyalar fonunda dünən Prezident Həsən Ruhani, spiker Əli Laricani və Ali Məhkəmənin sədri Ebrahim Raisi qapalı toplantı keçirib. Toplantıda hökumətin benzinlə bağlı qərarı dəstəklənib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar