Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalqı zəhərləyənlər - Kimlərdir?..

Rəsmi şəxslər tərəfindən ölkəyə gətirilən qida məhsulları haqqında dəfələrlə həyəcan təbili çalınsa da, demək olar ki, bu məsələ həll yolunu tapmır. Bunun səbəbini nədir? Kimlər və hansı səbəbdən xalqın sağlamlığının düşməninə çevrilib?..

Ekspert: “Xalqın düşməninə çevrilənlər həm qlobal, həm də yerli işbazlardır” .

“Heç kimi insanların həyatı maraqlandırmır, yalnız öz gəliri maraqlandırır. Xaricdə nə qədər keyfiyyətsiz, saxta, zərərli mal var tapıb ölkəmizə gətirirlər”.

Bu sözləri “Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı ölkəyə gətirilən keyfiyyətsiz məhsulları və xalqın sağlamlığına düşmən kəsilənləri PİA.az-a şərh edərkən qeyd edib.

Deputat Fazil Mustafa dünən Milli Məclisdə komitələrin birgə iclasında keçirilən büdcə müzakirəsində çıxışı zamanı qida təhlükəsizliyi ilə bağlı da məsələ qaldırıb.

"Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin səmərəli fəaliyyəti nəticəsində reydlərin sayı çoxalsa və nəzarət gücləndirilsə də, ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsil xəstəlik mənbəyidir. Burada söhbət əsasən süd məhsullarından, kərə yağından, şəkər tozundan gedir. Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır. Tərkibinə palma yağı qatılmış kərə yağlarının təhlükəsi barədə tibbdən anlayışı olanlar məlumatlıdırlar. Südün tərkibi də çox vaxt təmiz olmur. İllər keçib, inhisarçılığın yaratdığı maneələrə görə daxili bazarda bu məhsulların istehsalını gerçəkləşdirə bilməmişik. Daxildə istehsal olunanların da bir qismi bərbad vəziyyətdədir. Əvəzində valyuta ilə bunları xaricdən almağa məhkum olmuşuq", - deyə deputat bildirib.

Rəsmi şəxslər tərəfindən ölkəyə gətirilən məhsullar haqqında dəfələrlə bu tipli həyəcan təbili çalınsa da, demək olar ki, bu məsələ həll yolunu tapmır. Bunun səbəbini nədir? Kimlər və hansı səbəbdən xalqın sağlamlığının düşməninə çevrilib?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Ölkəmizdə saxta və təhlükəli ərzaqlarla mübarizə aparan heç bir dövlət orqanı yoxdur”.

Saxta qida istehsal edən, idxal edən və satanlara qarşı cəzaların çox yumşaq olduğunu düşünən ekspert bildirib ki, bu cəzalar son dərəcəyədək ağırlaşdırılmalıdır. Çünki əhaliyə qarşı faktiki qida terroru həyata keçirilir və əhalimiz bu terror qarşısında tam müdafiəsiz vəziyyətdədir:

“Rəsmi şəxslər heç bir həyəcan təbili çalmır, əskinə, belə halları gizlətməyə çalışırlar. Ən yuxarısı deputat səviyyəsində bu problemlər hərdən mümkün qədər yumşaq şəkildə qaldırılır. Deputat haqlıdır və problemin bir tərəfini düzgün, amma yarımçıq qoyub. Çünki, ölkəyə gətirilən ərzaq məhsullarının bir qismi yox, çox böyük əksəriyyəti təhlükəlidir.

Problemin deputatın naməlum səbəbdən demədiyi digər yarısı isə ölkədə istehsal olunan qida məmulatlarının da əksəriyyətinin saxta, keyfiyyətsiz və sağlamlığa zərərli olmasıdır. 20 ildir bu barədə yazırıq, deyirik, həyəcan təbili çalırıq, amma heç kimin vecinə deyil. Nəticədə xəstəxanalar və apteklər dolub daşır, əhaliyə və dövlətə ağır zərərlər dəyir. Onkoloji xəstəliklər ildırım sürəti ilə yayılır. Bunda qidaların rolu ən azı 80 faizdir.

Xalqın düşməninə çevrilənlər həm qlobal, həm də yerli işbazlardır. İş adamları adı qoyulan adamlar xalqın düşmənidir. Bunlar iş adamları deyil, pul adamlarıdır. Maddi gəlir bütün dəyərlərdən, insanlıqdan, vicdandan önə keçib. Heç kimi insanların həyatı maraqlandırmır, yalnız öz gəliri maraqlandırır. Xaricdə nə qədər keyfiyyətsiz, saxta, zərərli mal var tapıb ölkəyə gətirirlər. Gömrükdən də çox rahatca keçir. Ölkədə də kim nə istəyir, nə cür istəyir istehsal edir, nə yoxlayan var, nə ciddi cəza tədbiri görən.

Elçin Bayramlı: “Artıq genefondumuz dağılıb gedir, bir neçə il də bu terrorun qarşısı alınmasa, genefond tamam məhv olacaq”.

Ölkəmizdə müxtəlif qanunlarla satışı, istehsalı, idxalı qadağan edilən GMO məhsullar çox rahat və açıq şəkildə kütləvi istehsal olunur, kütləvi satılır və kütləvi idxal olunur. Mağazalarda satılan yağın azı 99 faizi tam saxta və kanserogen tərkiblidir. Bütün emal məhsulları sağlamlıq üçün təhlükəlidir. Sizə açıq şəkildə deməliyəm ki, bu gün mağazalarda təbii olan, sağlamlığa zərər vurmayan bircə qida məmulatı da yoxdur. Duz da daxil olmaqla bütün qidalar keyfiyətsiz xammaldan hazırlanır, emal zamanı çoxsaylı kimyəvi qatqılarla zənginləşdirilir, əksər halda isə həmin qidanın saxtası, məharətlə imitasiya olunmuş variantı satışa buraxılır.

Ölkəmizdə saxta və təhlükəli ərzaqlarla mübarizə aparan heç bir dövlət orqanı yoxdur. Bir Qida Təhlükəsizliyi Agentliyi var o da ət satışı sektorundan kənara çıxa bilmir. Hətta ət məhsullarına belə keçə bilmir. Ticarət Nazirliyi olmaldır və ona yüksək səlahiyyətlər verilməlidir. Saxta qida istehsal edən, idxal edən və satanlara qarşı cəzalar çox yumşaqdır, son dərəcəyədək ağırlaşdırılmalıdır. Çünki əhaliyə qarşı faktiki qida terroru həyata keçirilir və əhalimiz bu terror qarşısında tam müdafiəsiz vəziyyətdədir. Artıq genefondumuz dağılıb gedir, bir neçə il də bu terrorun qarşısı alınmasa, genefond tamam məhv olacaq. Bu isə artıq milli təhlükəsizliyik, dövlət təhlükəsizliyi məsələsidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar