Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalqdan oğurluq edən “Azəriqaz” rəhbərliyi cəzalandırılmalıdır” – Partiya sədri

“Xalqdan oğurluq edən məmurların yeri kürsü yox, qazamat olmalıdır. “Azəriqaz” rəhbərliyinin fəaliyyəti tam araşdırılmalı, xalqdan oğurluq edən qurum rəhbərliyi cəzalandırılmalıdır. Son günlər rəhbəri olduğum Gələcək Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarından müxtəlif formada narahat edici informasiyalar gəlməkdədir. Smart tipli sayğacların köhnə, mənşəyi bilinməyən, harada necə və nə zaman istehsal olunması qaranlıq olan sayğaclarla əvəzlənməsi xəbərlərini almaqdayam. Şikayət edən partiya üzvlərimiz bildirir ki, sayğac dəyişəndən sonra təbii qaz sürətlə tükənməkdə və ötən müddətlə müqayisədə daha çox borclandıqlarını bildirirlər. Görünür, bu da yeni "oyundur". Axı nə məqsədlə müasir smart tipli sayğaclar dəyişdirlir? "Azəriqaz" rəhbərliyinin marağı nədir?”

Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimov deyib.

Partiya sədri bildirib ki, "Azəriqaz"ın sayğaclarında, xüsusilə də mexaniki sayğaclarda çox ciddi problemlər və maxinasiya potensialları var: “Bu problemlər çox müəmmalı şəkildə yaranır. Vətəndaşlara bəlli deyil ki, bu sayğaclar harada, hansı şəraitdə hazırlanır, harada texniki baxışdan keçirilib? Bu sahədə şəffaflıq sıfırdır. Bildiyiniz kimi, SOCAR Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın satış qiymətinin artırılmasını təklif etmişdi, amma qurum bunu qəbul etmədi. Görünür, istəyinə çatmamış "Azəriqaz" rəhbərliyi xalqdan oğurluq etmək yolunu seçib. Rayonlardan gələn şikayətlərin sayı hesabı yoxdur. Bir-birindən xəbərsiz, bir-birini tanımayan yüzdən artıq insanın davamlı şikayətləri düşünməyə əsas verir ki, "Azəriqaz" bu cinayət xarakterli maxinasiyanı həqiqətən də həyata keçirməkdədir. Bu səbəbdən də gələn siqnallar operativ yoxlanmalı, xalqın sinəsinə zəli kimi əyləşmiş "Azəriqaz" rəhbərliyi qanun qarşısında cəzalandırılmalıdır. Hələ bu məmurlar olanlardan dərs çıxartmaq fikrində deyillər...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar