Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artistimiz xəstəxanaya yerləşdirildi - Foto

“Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir”...

Bu sözləri aparıcı, xeyriyyəçi Hacı Nuran sosial şəbəkə hesabında yazıb. O, Xalq artisti Elmira Rəhimovanın xəsətəxanaya yerləşdirildiyini bildirib:

“Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa "Maşallah, top kimiyəm", deyirdi. Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır. Onun barəsində nə qədər yazsam, yenə azdır. Onun Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.

O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə də pis təsir etdi. Amma həmişəki kimi optimistdir.

Arzusunu da dedi: "Bir bağ evim olsun, gedim oturum həyətdə. Doyunca nəfəs alım". Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar