Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti Yalçın Əfəndiyev II Fəxri xiyabanda dəfn olunub

Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dəfn olunub...

PİA.az xəbər verir ki, Təzə Pir məscidində tanınmış kinorejissor, Xalq artisti, professor Yalçın Əfəndiyevlə vida mərasimi keçirilib. Mərasimdən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin, “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları, mədəniyyət, incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, Yalçın Heydər oğlu Əfəndiyev 2019-cu il dekabrın 10-da ömrünün 82-ci ilində vəfat edib.

1937-ci il iyulun 24-də Bakıda anadan olan Yalçın Əfəndiyev 1960-cı ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rejissorluq fakültəsini bitirib.

1966-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri işləyib.

Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi ilə Azərbaycan kinosunda bu sahənin inkişafında yeni mərhələnin əsası qoyulub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyev həmçinin “Xatirələr sahili” tammetrajlı bədii filminə quruluş verib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Yalçın Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Allah rəhmət eləsin.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar