Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti “Quska”ya görə məhkəmədə dindirildi

Xalq artisti Gülyaz Məmmədova keçmiş deputat Hüseyn Abdullayevin-“Quska” ləqəbli keçmiş oliqarxın məhkəməsində dindirilib

Xalq artistinin məhkəmədə dindirilməsinə səbəb Bakının mərkəzində - Üzeyir Hacıbəyov küçəsində yerləşən və H.Abdullayevin atasının adına olan 786 kvadratmetrlik obyektin öncə üç nəfərin adına alınması, daha sonra deputat və biznesmen-oliqarx Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətinə keçirilməsidir. Həmin üç nəfərdən biri də müğənni G.Məmmədova olub.

Məhkəmədə şahid qismində dindirilən G.Məmmədova deyib ki, deputat Feyziyevlə qohumdurlar. Xalq artisti deputatla konkret hansı formada qohum olduqlarını deməyib. Amma bildirib ki, əmlakın onun adına alınması C.Feyziyevin istəyi olub, o da etiraz etməyib.

Sözügedən əmlaka gəlincə, G.Məmmədova deyir ki, heç onun harada yerləşdiyini bilmir. Yəni onun adına formal alqı-satqı olub.

H.Abdullayevin anası Zeynəb Abdullayeva isə məhkəmədə deyib ki, Hökumət Evinin arxasında yerləşən obyekt 4 milyon manata satılıb.

Abdullayevlər ailəsinə məxsus zavodun səhmlərində pay sahibi olan şəxslər H.Abdullayev və anası haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. Məsələn, Vəzir Rəcəbov ona görə zərərçəkən sayılıb ki, onun səhmi olsa da, uzun müddət ona düşən payı almayıb. Amma özü deyir ki, şikayət və tələbi yoxdur: «Məni prokurorluğa çağırıb dedilər ki, divident olub, amma almamısınız. Mən bunu unutmuşdum. Amma zavodda səhmlərim var idi. O pulum ödənildi».

Z.Abdullayevanın qardaşı oğlu Elnur Bayraməliyev də məhkəmədə dindirilib. Onun istintaqa ifadəsində bibisi və onun oğlunun 60-a yaxın mülkü, onların yerləşdiyi ərazilər barədə fikirlər yer alıb. Ancaq məhkəmədə bildirib ki, elə ifadə verməyib: «Bibim Zeynəb Abdullayeva Naxçıvanda olan evini mənə bağışlamışdı. Mən də sonradan şəxsi problemlərimə görə evi satdım. Məndən istintaqda ancaq həmin ev haqqında soruşublar. Mən başqa ev, obyekt barədə heç nə deməmişəm. Çünki heç nə bilmirəm. Mən Bakıda heç bir il qalmamışam. Küçə adlarını bilmirəm, onları necə sadalaya bilərdim?».

Xatırladaq ki, “Quska” iri məbləğdə vergidən yayınmada və digər əməllərdə ittiham olunur. O, Almaniyada sığınacaq alandan sonra Türkiyədə yaxalanıb ölkəyə gətirilmişdi. “Quska” ötən məhkəmə iclaslarında danışıb və özünü “təmiz biznesmen” kimi qələmə verməyə çalışıb. Təsdiq edib ki, ötən əsrin 90-cı illərində əsasən metal biznesi hesabına varlanıb, Almaniyada, İsveçrədə və digər Avropa ölkələrində bank hesabları var.

Azərbaycanın yaxın tarixinə bələd olanlar yaxşı bilir ki, “Quska” 90-cı illərdə keçmiş sovet sənaye müəssisələrinin dəzgahlarını, avadanlıqlarını metal tullantısı kimi xaricə satıb talamaqla böyük sərvət yiyəsinə çevrilmişdi və yarımhərbi dəstələr saxlayırdı.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar