Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Xalası qızını öldürdü - Hacıqabulda

Hacıqabulda xalası qızını öldürməkdə təqsirləndirilən Ayəddin İsmayılzadənin məhkəməsi davam edib

İttihama görə, A. İsmayılzadə sevgi münasibətlərində olduğu xalası qızı Məlikli Rəvanə Məlikağa qızının gizli olaraq başqa şəxslə telefonla danışdığı, ona xəyanət etməsindən şübhələndiyi üçün qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib.

Bu səbəbdən xalası qızının müvəqqəti yaşadığı nənəsigilə gəlib. A. İsmayılzadə evin yataq otağında Rəvanə Məlikli ilə söhbət edərkən onu qəflətən əlləri ilə boğmağa başlayıb, daha sonra isə mətbəxdən götürdüyü bıçaqla ona zərbələr vuraraq xüsusi amansızlıq qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. İsmayılzadə 17 il müddətə azadlıqdan məhrum edilib.

Qərarla razılaşmayan təqsirləndirilən şəxs və ölən şəxsin hüquqi varisi apelyasiya şikayəti verib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən hər iki tərəfin şikayəti dəyişməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. (Bakupost.az)

pia.az


Şərh yazın.

loading...