Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xain MTN zabitinin cəzası ömürlük oldu

Xanlar Vəliyev protest verdi...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovanın barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Virtualaz.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Z.İsmayılov ömürlük azadlıqdan məhrum edilib.

MTN-nin şöbə rəisi olmuş 60-yaşlı Zakir İsmayılova aşağı məhkəmə instansiyası bu günlərdə 19 il həbs cəzası kəsmişdi. Lakin baş hərbi prokuror Xanlar Vəliyev hökmdən protest vermişdi.

CM-in 274-cü maddəsiylə - dövlətə xəyanətdə suçlanan sabiq MTN zabitinin həyat yoldaşı Nəzakət İsmayılova da onunla birlikdə mühakimə olunub. N.İsmayılova isə 32.274 maddəsiylə, yəni törədilən cinayətdə iştirakçılıqda təqsirləndirilib. Ona isə 10 il cəza verilib.

İttihama əsasən Z.İsmayılov MTN zabiti kimi ona məlum olan məlumatları (əks kəşfiyyat fəaliyyətiylə bağlı sənədlər, şəxsi heyət haqda informasiyalar və s.) xarici xüsusi xidmət orqanlarına ötürüb. «O, həmçinin, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin üsulları barədə təhlillər aparıb, bunları xarici xüsusi xidmət orqanına ötürüb», – ittihamda belə yazılıb.

Bildirilir ki, Z.İsmayılovun gizli və şifrəli yazışmaları, səs yazıları, məlumatlar olan daşıyıcılar (flaşkart) da tapılıb. İttihamda vurğulanır ki, bütün bunları pul müqabilində edib. Həyat yoldaşı da məlumatların ötürülməsi, pulun alınması prosesində ona yardım etməkdə suçlanır.

İsmayılovların məhkəməsi qapalı keçirilib. Məlumatlara görə, onların heç biri özünü təqsirli bilməyib.

«Zakir İsmayılov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən qısa müddət sonra işdən çıxarılıb. İttihamda da qeyd olunub ki, xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıq təqaüddə olduğu müddətdə olub. Əsasən vəzifədə olduğu dövrdə əldə etdiyi məlumatlardan istifadə edib», -–mənbə belə deyir.

Həm Z.İsmayılov, həm də həyat yoldaşı Bakı Hərbi Məhkəməsinin hökmündən şikayət verib. Onlar bəraət hökmü çıxarılmasını istəyirlər. İsmayılovların şikayətinə fevralın 25-də Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bakı Hərbi Məhkəməsinin hökmü prokurorluğu da qane etməyib. Ölkənin hərbi prokuroru Xanlar Vəliyev də protest verib. O hesab edirdi ki, Bakı Hərbi Məhkəməsinin verdiyi cəza ağırlaşdırılmalıdır.

Z.İsmayılovun hansı ölkənin xeyrinə casusluq etdiyi açıqlanmır, bu barədə məlumatlar yoxdur.

pia.az

 


Etiket: Xanlar Vəliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar