Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini Əli Bəşirova məxsus “Mersedes” markalı yük maşını 1965-ci il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
pia.az