Çərşənbə axşamı, 29 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Xaçmazda yeni toxum emalı zavodu fəaliyyətə başlayıb

Müəssisə saatda 5 ton toxum emal etmək gücünə malikdir

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb. Müəssisə saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxum təmizləyici mərkəzdən, anbar üçün ayrılmış sahədən ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb. Emal və ya saxlanc üçün gətirilən toxumların çəkisi 60 tonluq tərəzi ilə müəyyənləşdiriləcək.

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.

Zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir. Xaçmaz toxum emalı zavodu regionun toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçiriləcək.

Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkün olacaq. Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim ediləcək. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putin

Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – Video

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

Kəlbəcər tam, Ağdərə isə qismən mühasirəyə alınıb - Ekspert

“Ermənistan hökuməti bu iki addıma gedə bilər” - Tofiq Zülfüqarov danışdı

Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır

Müdafiə dönəmi bitdi: Qarabağ məsələsi artıq hərbi yolla həll ediləcək...

Ermənilərin atdığı mərmi jurnalistin önündə partladı - Video

General-mayor Mayis Bərxudarov: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”

loading...

Ən çox oxunanalar